+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Utancaq uşaqlar

By Rahidə Şahverdiyeva - 14 Nov 2023 756 0 comments
Utancaq uşaqlar

Uşaqlarda utancaqlıq.


Uşaqlarda utancaqlığa valideynlər tərəfindən çox zaman xüsusi əhəmyyət verilmir. Valideynlər uşaqlarının utancaq davranışlarını normal qarşılayaraq bəzən bu vəziyyəti olduqca müsbət bir xüsusiyyət kimi qiymətləndirirlər. Utancaq uşaqlar, kənardan baxdıqda, fəaliyyətlərdə iştirak etmir, sadəcə seyr etməyi üstün tuturlar. Onlar adətən tək oynayırlar və digər insanların yanında çox rahat deyillər. Utancaq uşaqlar özünə inamı kifayət qədər inkişaf etməmiş uşaqlardır. Onlar səhv bir şey etməkdən və söyləməkdən qorxurlar. Kömək istəmək üçün çox utandıqlarına görə məktəbdə uğursuz ola bilərlər. Sakit və utancaq olduğu düşünülən bu cür uşaqların, narahatlığı gec müşahidə olunur.


Utancaqlığın ən mühüm səbəblərindən biri də valideynlərin uşağı daim nəzarətdə saxlamasıdır, ən sadə səhvlərinə görə alçaltması və cəzalandırmasıdır. Bundan başqa valideynlər arasındakı gərgin münasibət, mübahisələr, uşağa mane olmaq, sevgi ehtiyacını ödəməmək də utancaqlığa səbəb ola bilər. Uşağın model götürdüyü böyüklər utancaqdırsa bu da uşağa təsir edir. 


Uşaqlara davamlı olaraq “Ağıllı uşaqları hamı sevir”, “Yaxşı ol, hamı sənə afərin deyəcək”, "Başqa uşaqlar kimi dəcəl olma” kimi ifadələr uşağın utancaq olmasına səbəb ola bilər ."Başqa uşaqlara çox yaxınlaşma, heç kimlə danışma" kimi sözlərlə özgüvən yaradacaq mühitlərin və hadisələrin qarşısını almaq da utancaqlığa səbəb ola bilər.


Utancaqlığı aradan qaldırmaq üçün nələr edə bilərik?


Uşağa çox təzyiq göstərməməlisiniz. Uşağın yanlış davranışlarından çox müsbət davranışlar görülməlidir və bu davranışı gücləndirmək üçün mükafatlar verilməlidir. Uşaqda özünə inam hissini formalaşdırmaq üçün ehtiyaclarını vaxtında ödəmək, özbaşına işləri görə bilməsinə iczə vermək, vəzifələr verərək uşağa yavaş-yavaş özünü rahat aparmasına şərait yaradılmalıdır.
Utancaq uşaqlar qrup fəaliyyətlərinə yönəldilməli və eyni zamanda dəstəkləyici münasibət bəslənilməlidir. Uşaqla effektiv ünsiyyət qurulmalıdır. Ailə övladlarına yaxşı nümunə olmalıdır. Utancaq uşaqlara tez-tez sevilən və dəyərli olduqlarını hiss etdirmək lazımdır.

 

Psixoloq Rahidə Şahverdiyeva

 

 


 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!