+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Emosional Aclıq

By Firuzə Qənizadə - 28 Jun 2022 2203 0 comments
Emosional Aclıq

Bəzən neqativ duyğulara qarşı istifadə edilən silah qidalanmaq olur. Bu zaman insanlar aclıq hiss etdiyi üçün yox, qəzəb, kədər, qorxu, təşviş kimi neqativ duygularla, stresslə, gərginliklə mübarizə aparmaq və ya özünü mükafatlandırmaq üçün yemək yeyirlər. Bu emosional yemə davranışı adlanır. Emosional yemə iki cür olur:

- Stress, yalnızlıq, gərginlik kimi neqativ duyğulardan azad olmaq üçün yemək

- Özünü mükafatlandırma məqsədli pozitiv emosiyalardan qaynaqlanan yemək

Hansı hallarda emosional yemək davranışı baş verir?

  • Həddindən artıq qəzəb, gərginlik yaşayan insanlar daha çox sərt qidalara üstünlük verirlər
  • Stress. Stressin yemək davranışına bəzi fizioloji təsiri var. Stress müəyyən hormonların və ya kortizol səviyyəsinin yüksəlməsinə səbəb olur. Buna görə də bədən özünü tarazlaşdırmaq üçün çox şirin və ya həddindən artıq yağlı qidalar qəbul etmək istəyir.
  • Güclü Emosiyalar və Düşüncələr. Qəzəb, qorxu, təşviş, narahatlıq, təşviş, aqressiya, utanma kimi duyğuları yatırmaq və özünü uyuşdurmaq üçün yemək davranışı tez-tez müşahidə edilir.
  • Cansıxıcılıq. Çox vaxt işsizlik və ya uzun tətillər zamanı baş verir. Bu prosesdə insanın həyatındakı boşluq hissi ilə mübarizə üsulu olaraq yeməyə meylli olduğu bilinir.
  • Sevgi və qayğıya ehtiyacı olan, özünü yalnız hiss edən insanlar puding kimi yumuşaq qidalara üstünlük verir
  • Dəstək, güvənə ehtiyacı olan insanlar kartof püresi kimi duzlu və doyurucu qidalara üstünlük verirlər

Emosional yemək yemə problemi olan insanlar çox vaxt həyatlarını daimi yemək ehtiyacı içində keçirirlər. Yemək istəyi və bu ehtiyacdan sonra yaranan günah insana uzun müddətdə yenidən yemək istəyi yaradan mənfi emosiyalar kimi qayıdır. Bu vəziyyət bir müddət sonra ayrılmaz bir dövriyəyə çevrilir.

Emosional yemək davranışı insanların həyatına təkcə psixoloji deyil, həm də fizioloji cəhətdən zərər verir. Emosional yemək davranışları nəticəsində artıq çəki problemi, ürək-damar xəstəlikləri, şəkər kimi bir çox fiziki xəstəliklə qarşılaşılır.

Emosional yemək davranışını aradan qaldırmaq üçün ilk növbədə fizioloji və emosional aclığı fərqləndirə bilmək vacibdir:

  • Günün hansı saatında yediyiniz vacibdir. Xüsusilə gündəlik rejimləri olan insanlar, adətən günün eyni vaxtlarında fiziki olaraq ac olurlar.
  • Emosional aclıq hissi birdən gəlir və insan dərhal yemək ehtiyacını hiss edir. Fiziki aclıq tədricən özünü büruzə verir. Aclığa daha çox dözümlülük var.
  • Emosional aclıq zamanı daha çox karbohidratlı, şəkərli, qablaşdırılmış və ya fast food qidalara üstünlük verilir.
  • Emosional yeməkdə toxluq hissi adətən hiss olunmur. Yeməkdən sonra peşmanlıq, günahkarlıq, utanma kimi hissləri tez-tez hiss edirsinizsə, bunun emosional yemək davranışı olduğunu demək olar.

Düşüncələrimiz və inanclarımız yemək vərdişlərimizə təsir edir. "Yemək həyatdan həzz almağın ən yaxşı yoludur.", "Özümü yaxşı hiss etməyəndə yemək yemək ən asan həlldir.", "Yemək emosiyaları boğmağın ən asan yoludur." Kimi yanlış inanclar və düşüncələr emosional yemək pozuntusuna səbəb ola bilər.

Buna görə emosional yemək pozuntusunun psixoterapiyası zamanı yemək ehtiyacına səbəb olan duyğuları, düşüncələri və inancları kəşf edilir və onları sağlam inanclarla əvəz edilir. Əgər sizdə emosional yemək pozuntusunun olduğunu düşünürsünüzsə və bunun qarşısını ala bilmirsinizsə, müraciət edib mütəxəssisdən psixoloji dəstək ala bilərsiniz.

Psixoloq Firuzə Qənizadə

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!