+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Kleptomaniya nədir?

By Humel - 6 Jul 2022 2030 0 comments
Kleptomaniya nədir?

Kleptomaniya nədir?


Kleptomaniya –fərdi istifadəsi və ya pul dəyəri tələb olunmayan əşyaları oğurlamaq çağırışlarına dəfələrlə dözə bilməyən ruhi pozuntudur. Oğurluğa başlamadan öncə bədənində ciddi şəkildə gərginlik hiss etməyə başlayır. Oğurluq edən zaman həzz alınır, sevinc hissi duyulur və ya rahatlma olur. Bu oğurluğun digər oğurluqlardan fərqi ondan ibarətdir ki, planlanmadan və başqa bir şəxsdən kömək almadan həyata keçirilir. Kleptomaniya xəstələri tez-tez dükan və supermarket kimi ictimai yerlərdə oğurluq edirlər. Digərləri, başqalarının əşyalarını dostlarının mühitində və ya qonaqlıqlar oğurlaya bilərlər.


Əvvəllər daha çox qadınlarda rast gəlindiyi elmə sübut olmuşdur. Daha sonra isə kişilər arasında da yetəri qədər yayıldığı aşkarlanmışdır. Qadınlar arasında surətlə yayılmasına əsas səbəb, belə hallar baş verəndə onları klinik müaniyə yönləndirilmələri olmuşdur.


Aparılan araşdırmalara əsasən qadınlarda oğurluq menstruasiya və hamiləlik dövrlərdə rast gəlinir. Oğurlanan əşyaların cinsi mənası olduğu vurğulanır. Əksər kleptomaniklərdə bəzi cisimlərin fetişistik mənaları var. Bu xəstələrdə vaginizm, cinsi istəksizlik və sterillik kimi hadisələrlə həddindən artıq zehni məşğuliyyət vardır.
Çox vaxt oğurlanmış əşyalar kleptomaniya xəstəsi üçün heç bir əhəmiyyət kəsb etmir və əslində şəxs onları almaq gücünə malikdir. Oğurlanmış əşyalar ümumiyyətlə istifadə olunmamaq üçün saxlanılır. Bəzi kleptomanlar hətta hədiyyələrini bağışlayır və ya ailə üzvlərinə və dostlarına hədiyyə verirlər. Digərləri oğurladıqları əşyaları yerinə qaytarırlar. Oğurlamaq istəyi zaman-zaman gəlib gedə bilər və ya zaman keçdikcə daha az və ya daha güclü hiss oluna bilər.
Dəqiq diaqnoz üçün aşağıdakı əlamətlərin olması vacibdir:

  • Fərdi istifadəsi və ya pul dəyəri tələb olunmayan əşyaları oğurlamaq çağırışlarına dəfələrlə dözə bilməmək;
  • Oğurluğa getmədən öncə ,bədəndə artan gərginlik hissi
  • Oğurluq edərkən həzz almaq,rahatlamaq hissi;
  • Qəzəbini göstərmək və ya qisas almaq üçün deyil,anidən baş verməlidir.Bu hərəkət qarabasmalarla həyata keçirilməli deyil.

Kleptomaniya adətən yeniyetməlik illərində və ya gənc yetkinlik dövründə başlayır, lakin yetkinlik və ya daha sonra da başlaya bilər. Diaqnoz qoyulan xəstələrin üçdə ikisi qadınlardır.


Kleptomaniyanın yaranma səbəbləri nələrdir?
Yaranma səbəbləri əsasən psixoloji və bioloji olur


Psixoloji yaranma səbəblərilə tanış olaq:
Ailə faktoru: Kleptomaniya və ya obsesif-kompulsif pozuntusu, alkoqol və ya digər maddə istifadəsi pozuntusu olan bir ana və ya bacı kimi birinci dərəcəli bir qohumun olması kleptomaniya riskini artıra bilər.


Digər bir psixoloji problemlər: Kleptomaniya olan insanlar tez-tez bipolyar pozuntu, təşviş pozuntusu, maddə istifadəsi və ya şəxsiyyət pozuntusu kimi başqa bir psixoloji pozuntuya malikdirlər.
Kleptomaniyanın müalicəsi dərman terapiyası və koqnitiv-bihevioral terapiya ilə həyata keçirilir. Lakin dəqiq olaraq nəti cə almaq az rast gəlinəndir.

Psixoloq Aytəkin Məmmədova

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!