+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Uşaqlarda utancaqlığın səbəbləri

By Humel - 7 Jul 2022 2876 0 comments
Uşaqlarda utancaqlığın səbəbləri

Utancaqlıq bir sıra əlamətlərlə özünü göstərir uşaqlarda. Utancaq uşaqlar adətən ictimai, sosial mühitlərdə olmağı sevmirlər, dəvət olunan yerlərə getmək istəmirlər, yaxın qohumlarla, eləcədə öz yaşıdları ilə ünsiyyətdən çəkinirlər, özlərini, öz fikir və düşüncələrini ifadə etməkdə çətinlik çəkirlər, sosial fəaliyyətlərdən qaçırlar, adətən susqun olur və tənhalığa üstünlük verirlər. Utanmaq duyğusu digər duyğular kimi olduqca təbii bir duyğudur və hərkəsdə olmalıdır. Bu bir növ uşağın özünü müdafiə reaksiyasıdır. Amma utanma hissi və utancaqlıq fərqli anlayışlardır.

Utancaqlığın səbəbləri müxtəlifdir. Ümumi şəkildə ifadə etsək formalaşmasında ailə və sosial mühit rol oynayır. Xüsusilədə ailənin rolu çox böyükdür. Valideynlərin hədsiz qoruyuculuğu,uşağın özünəinamsızlığı, özgüvənsizliyi, avtoritar ailə üslubu, uşağın valideynlərdən asılılığı, uşaqların səhvlərinin üzünə vurulması,  Təzyiqə məruz qalmaları, hər səhvinə görə cəzalandırılmaları uşaqlarda utancaqlıq yaradır.

Bəs bu utancaqlığı aradan qaldırmaq üçün nə etmək olar?

  1. İlk öncə valideyn özü uşaq üçün rol modeli olmalıdır. Çünki bir çox hallarda uşaqlarda utancaqlığı formalaşdiran başlıca amil valideynin də utancaq olmasıdır. Valideyn sosial mühitlərdə hansı davranışları sərgiləyirsə, necə ünsiyyət qurursa, fəliyyəti hansı formada olursa, uşaq da bunu görür , öyrənir və tətbiq edir. Ona görə çox zaman utancaq valideynlərin özləri kimi utancaq uşaqları olur.
  2. Uşaqların duyğularını ciddiyə almaq lazımdır. Hər bir uşaq utancaqlığını fərqli formada göstərir. Çox zaman valideyn üçün adi olan birşey uşaq üçün çox çətin olur. Valideyn üçün bəsit görünən bir davranışı, fəaliyyəti uşaq üçün icra etmək çox çətin olur. Bu zaman valideynin “Bu nədirki sən bunu edə bilmirsən?”, “Burda uatanacaq nə var?”, “Bu çox kiçik birşeydir? Kimi ifadələr işlətməsi uşaqların özgüvənini daha da qırır və utancaqlığını, çəkingənliyini artırır. Buna görə uşağa utancaq olduğunu deyərək kompleksə salmayın
  3. Digər bir məsələ budurki utancaqlığı olan uşaqla biryerdə harasa gediləcəksə məsləhətdirki, uşağı o bilmədiyi və yeni mühitə hazırlayasınız. Gediləcəyi yer necə bir mühit olacaq, orda kimlər olacaq, ora necə bir yerdir və.s bunlarala bağlı uşaqğa məlumat verilməlidirki, nə ilə qarşılaşacağını bilsin və həmin mühitə , insanlara daha tez adaptasiya ola bilsin.
  4. Utancaqlıq davranışları sərgilədikdə uşağı qəti şəkildə nə isə etməyə məcbur etməyin. Hansısa davranışı etməyə, kimləsə ünsiyyət qurmağa, hansısa fikrini deməyə uşağı zorlamayın. Icazə verin uşaq öncə bir ətrafı müşahidə etsin, tanısın , özü adaptasiya olmağa çalışsın.
  5. Bəzən uşaqların utancaqlıqlarına görə başına gəlmiş onun üçün mənfi sayılacaq hadisələr olur. Utandığı üçün edə bilmədiyi fəaliyyətlər olur. Uşağın bunlara qarşı baxış açısını dəyişmək faydalı olacaqdır. Məsələn valideyn vaxtilə özünün bunla bağlı  başına gəlmiş hadisələri gülərək  danışaraq onalrı uşaq üçün adiləşdirə bilər.
  6. Və valideynlər danişaraq uşağı motivasiya edə, cəsarətləndirə bilər. Onla haralara getməyi daha çox sevdiyi, kimlə vaxt keçirməyi, ünsiyyət qurmağı sevdiyi barədə söhbət aparmaq olar. Uşaq sizə utancaqlığı ilə bağlı hansısa bir hadisəni danışdıqda onu təsəlli etməyin, mövzunu keçişdirməyin, çalışın müsbət yönlərini vurğulayasınız, bacara bildiklərini , uğurlarını, güclü tərəflərini  ona göstərəsiniz . Bu şəkildə uşağın özgüvəni də artmış olacaq. Çünki ən önəmli məqamlardan biridə budurki, uşaq əgər özünə inanmirsa özgüvəni aşağıdırsa bu bərpa olunmadığı müddətcə utancaqlığının aradan qalxması olduqca çətin olacaqdır.
  7. Və çalışınki, bu utancaqlığı aradan qaldirmağa çalışarkən bunu yavaş yavaş , mərhələli şəkildə edəsiniz. Birdən birə utancaq uşağı böyük bir toplumun içinə salmaq düzgün deyildir.

Diqqət edilməsi gərəkən ən gərəkli məqamlardan biri də budurki əgər heç bir səbəb olmadan uşaq sosial mühitdə gərgin və narahatdırsa ,psixosomatik əlamətlər özünü göstərirsə(tərləmə, titrəmə, qarın ağrısı, ürəkbulanma və.s), getdikcə özünəqapanırsa , çölə çıxmaq istəmirsə  bu sosial fobiyaya çevrilə bilər. Ona görə zamanında mütəxəssisə müraciət etməkdə fayda vardır.

 

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!