+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Distimiya yoxsa Depressiya

By Rahidə Şahverdiyeva - 2 May 2023 1382 0 comments
Distimiya yoxsa Depressiya

Xroniki depressiya və ya distimiya nədir?


Yetkin insanlarda 2 il və ya daha çox, uşaqlarda isə ən az 1 il davam edən, məhsuldarlığı azaldan, həyatdan zövq almağa mane olan və özünü yaxşı hiss etməyi çətinləşdirən depressiyanın xronikləşmiş halı distimiya olaraq qeyd edilir. Distimiya zamanı depressiya əlamətləri gündən günə dəyişir və əsasən ara vermədən davam edir. Distimiya zamanı insan uzun müddət davam edən kədərli, sevincdən yoxsul, içinə qapanıq ruh halında olur. Özünüqiymətləndirmənin azalması ilə insanda özünə qarşı kifayətsiz, bacarıqsız olması ilə bağlı fikirlər formalaşır.


Distimiyanın əsas əlamətləri hansılardır?
Distimiya əlamətləri əsasən depressiya əlamətlərinə çox bənzərdir. Əlamətlər arasındakı əsas fərq distimiya zamanı əlamətlərin özünü bir qədər yüngül formada göstərməsi, lakin aralıqsız olaraq daha uzun müddət davam etməsidir.Distimiya əlamətləri aşağıdakı kimidir:
• Gün içində ətrafda baş verənlərə laqeydlik
• Əsəbilik halı
• İştahsızlıq və ya həddindən çox yemək yemə
• Həddindən çox yatmaq və ya yuxu çatışmazığı
• Özünü daimi olaraq yorğun hiss etmə
• Özünəinamsızlıq, azalan özünəhörmət
• Qərar vermədə çətinlik
• Diqqətini cəmləyə bilməmək
• Ümidsiz hiss etmək


Distimiya cəmiyyətin 3-5%-ə təsir edən geniş yayılmış psixoloji xəstəlikdir. Qadınlarda kişilərə nisbətən 2 dəfə çox rast gəlinir. Aşağı gəlirli, evlənməmiş və gənc insanlar arsında daha çox yayılmışdır. Depressiya xəstələrinin 1-ci dərəcəli qohumlarında distimyanın olma ehtimalı daha çoxdur.


Distimiyanın klinik növləri erkən və gec başlanğıclı olmasına görə ikiyə ayrılır. 21 yaş altı və üstüu bölgü üçün kriteriyadır. Xəstələrin mühim hissəsində distimiya uşaqlıq və yeniyetməlik dövrlərində başlayır. 6-13 yaş arasında distimiya əlamətləri başlayan uşaqlar irəliləyən yaşlarda çox vaxt depressiya keçirirlər.


Distimiya uzun illər yüngül depressiyya əlamətləri ilə özünü göstərər ki, bu da zaman içərisində iş, sosial və ailə kimi həyat sferalarında funksionallığın itirilməsinə səbəb ola bilər. distimiya əlamətləri yavaş-yavaş başlayıb, dalğalı olsada heç zaman depressiya əlmətləri qədər ağırlaşmaz.


Distimiyanın müalicəsi necə aparılır?
Əvvəllər distimiyanın müalicəsi zamanı müsbət nəticələrin əldə edilmədiyi ilə bağlı fikirlər yayılmış olsa da, son 30 ildDİaparılması ən yaxşı nəticələrin əldə olunmasını təmin edir. Distimiyadan əziyyət çəkən şəxslərdə sadəcə əlamətləri azaltmaq deyil ,eyni zamanda uzunmüddətli bu hal zamanı itirilmiş olan sosial bacarıqların yenidən qazandırılması, ətrafa qarşı yaranmış neqativ davranışların dəyişdirilməsi çox əhəmiyətlidir. Məhz bütün bu bacarıqların yenidən qazanılması, həyat fəaliyyətinin yaxşılaşdırılması üçün psixoterapia mühim əhəmiyyət kəsb edir.

 

Psixoloq Rahidə Şahverdiyeva
 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!