+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Depressiya

By Humel - 8 Aug 2022 1250 0 comments
Depressiya

Depressiya qəmgin,narahat və ya "boş” ruh halının olması, gələcəyə dair ümidsizliyin olması, həddindən çox günahkarlıq hissi, dəyərsiz hiss etmək, çarəsizlik, həyatdan zövq almamaq və s kimi əlamətlərlə özünü göstərir. Depressiyadan əziyyət çəkən insanların bir çoxunda yemek yemək kimi günlük və məcburi ehtiyaclarını təmin etmək üçün özlərində güc tapmadıqlarını vurğulayırlar.

Depressiya diaqnozunu qoymaq üçün depressiv əlamətlərin ən az 2 həftədən az olmayaraq davam etməsi lazımdır. Dəqiq diaqnoz üçün manikal və hipomanikal epizodlar olamamalır. Depressiya kişilər arasında 2,5%-dən-10%-dək, qadınlar arasında 5%-dən -20%-dək dəyişir. Uşaqlar arasında 2%, yeniyetmələr arasında 4-8 % təşkil edir.

Depressiyanın yaranma səbəbi aşağıdakı faktorlardır:

  • Bioloji faktorlar-irsi xarakter daşıyan depressiyaya meyillilik, alkaqolun və narkotik maddələrin qəbulu, bəzi somatik xəstəliklər və s.
  • Sosial faktorlar-işsizlik, sosial dəyişikliklər, qəza, yoxsulluq və s.
  • Psixoliji faktorkar-ailədə və uşaqlıqda yaşanan psixoloji travmalar, yaxın adamın ölümü, tənhalıq və s.

Depressiyanın dəqiq diaqnozunu qoymaq üçün əsas və əlavə əlamətlərini bilmək vacibdir.

Depressiyanın əsas əlamətləri:

  • Uzun müddət əhvalın enməsi
  • Həyata qarşı marağın azalması,həyatdan zövq almamaq
  • Yorulma və güc tükənməsi.

Depressiyanın əlavə əlamətləri

  • Özünəinamın və özünüqiymətləndirmə hissinin enməsi
  • Səbəbsiz özünütənqid və ya qeyri-adekvat günahkarlıq hissi
  • Təkrarlanan ölüm və ya özünəqəsd fikirləri və ya intihar davranışı
  • Düşünmə və fikir cəmləmə qabiliyyətinin azalması
  • Tormozlanma və ya həyəcanla müşayiət olunan psixomotor fəallığın pozulması (subyektiv və ya obyektiv) 
  • İstənilən növ yuxu pozuntusu (yuxusuzluq və ya yuxuculluqsüstlük)
  • Çəki dəyişkənliyi ilə müşayiət olunan iştahanın dəyişməs (artması və ya azalması)

Əlamətlərə əsasən depressiyanın dərəcələri:

  • Yüngül dərəcəli depressiya- əsas əlamətlərdə ən az 2-si və əlavə əlamətlər 4-dən az olmamalıdır
  • Orta dərəcəli depressiya – əsas əlamətlərdən ən azı 2-si və əlavə əlamətlər 6-dan az olmayaraq
  • Psixotik əlamətlərsiz ağır depressiya – əsas əlamətlərin hər üçü və əlavə əlamətlər 8-dən az olmayaraq;
  • Psixotik əlamətlərlə ağır depressiya - sayıqlama, qarabasma və ya depressiv stupor zamanı diaqnozlaşdırılmalıdır.

Depressiya müxtəlif psixoterapiyalarla aradan qaldırıla bilir.

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!