+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Yuxu pozunutları

By Rahidə Şahverdiyeva - 24 Apr 2023 1700 0 comments
Yuxu pozunutları

Yuxu pozuntuları


Yuxu gün ərzində yorulan bədənimizin və zehnimizin dincəldiyi, fiziki və əqli sağlamlığımız üçün ehdiyac duyduğumuz ehtiyacdır. Hər bir insan həyatının 3də birini yuxuda keçirir. Yuxu zehni həyatımızın vacib hissəsi olduğu kimi, hormonal tarazlıq üçün də əhəmiyyətlidir. Yuxunun həyatımızdakı əhəmiyyəti onun pozuntularının da həyatımıza nə dərəcədə böyük təsir etdiyini anlamağımıza kömək edir. Yuxu pozuntuları demək olarki, insan həyatının bütün sferalarına təsir edir. İş, məktəb, sosial münasibətlər də insan fəaliyyətinin məhsuldarlığını azaldır.


Yuxu ilə bağlı şikayətlər hansılardır?
İnsanların yardım almaq üçün həkimə müraciət etmələrinə səbəb olan yuxu ilə bağlı şikayətlər aşağıdakılardır:

  • Yuxuya gedə bilməmək
  •  Həddindən çox yatmaq
  •  Gecə yuxusundan tez-tez oyanmaq
  •  Gecələri qorxulu yuxular, qarabasanlar görmək
  •  Nə qədər yatsada dincəlmə hissinin olmaması
  •  Gün içərisində özünü yorğun və yuxulu hiss etmək
  •  Oturduğu yerdə belə yuxuya getmək


Nə qədər yatmalıyıq?
İdeal yuxu müddəti 4-11 saat arasındadır. Bu aralıq insandan insana dəyişiklik göstərir. Yuxu ehtiyacı insanın yaşına və günlük həyat fəaliyyətinə görə dəyişir. Hansısa səbəbə görə yuxu ehtiyacı qarşılanmayan insanların orqanizmində bir sıra dəyişikliklər olur. Bunlar:
• Orqanizmin xəstəliklərə qarşı müdafiəsi azalır
• Psixoloji narahatlıqlara qarşı müqavimət zəifləyir
• Stress hormonu artar
• Əzələ gücü zəifləyər
• Unutqanlıq yaranar
• Tez əsəbiləşmək və özündən çıxmaq halları özünü göstərə bilər.


Yuxu pozuntularının növləri hansılardır?

  1.  Yuxusuzluq (İnsomniya), yuxuya getmə və yuxunu davam etdirməkdə çətinlik çəkmə, normal vaxtdan tez qalxma və gün içərisində yuxulu olmaq şəklində özünü göstərir. Yuxusuzluq hər yaşda yarana bilər, lakin qadınlarda və yaşlı insanlarda daha çox görülür.
  2.  İfrat yuxululuq (Hipersomniya) və gündüzləri yatma şəklində özünü göstərir. Bu narahatlıqdan əziyyət çəkən şəxslər 7 saatdan çox yatmaqlarına baxmayaraq dincəlmə hissinə sahib ola bilmirlər. gün içərisində də bir neçə dəfə yatsalar da özlərini daimi olaraq yorğun və əzgin hiss edirlər.
  3. Narkolepsi: gündüz vaxtı ifrat dərəcədə yatmaq , yuxu tutmaları olan vəziyyətdir. Bu qısamüddətli yuxular çox tez yuxuya getmə, yuxu və ya yuxuya bənzər halüsinasiyalar görmək şəklində özünü göstərir.
  4.  Yuxuda gəzmə (somnambulizm) yuxuya getdikdən sonra, yuxunun ilk üçdə birində yatqdan qalxaraq bəzi avtomatik hərəkətlər etmək şəklində özünü göstərir. Yuxuda gəzmə əsasən 10lu yaşlarda müşahidə olunur. Yaş artdıqca problemin görülmə sıxlığı da azalır, nadir hallarda yetişkin insanlarda görülə bilər

Yuxu pozuntularının yaranma səbəbləri nələrdir?
Yuxu pozuntularının meydana çıxmasında bir çox amil mühim rol oynayır. Bu amillərdən yuxu pozuntusuna ən böyük təsiri alkoqol göstərir. Alkoqol istifadəsi eyni zamanda asılılığı olan şəxslərdə istifadənin dayandırılması yuxu periodunu ciddi şəkildə pozur. Alkoqoldan əlavə yuxu pozuntusunun meydana çıxmasında depressiya və stress faktorunun rolu böyükdür. Stress altında olan zaman insan beyni daimi olaraq stressin qaynağında yatan problemi həll etməyə çalışdığı üçün rahat yatmaq çətinləşir.
Yuxu problemlər hər bir insanda müəyyən müddət ərzində yarana bilər , lakin bu problemlər aylarla davam edib , insanın həyatına neqativ yöndə təsir edərsə mütləq şəkildə yardım alınmalıdır.
 

 

Psixoloq Rahidə Şahverdiyeva

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!