Yeniyetməlik Dövründə Sevgi
Yeniyetməlik yaş dövrü özünüdərk və inkişaf dövrüdür.Uşaqlar bu yaş dövründə fizioloji,hormonal və psixoloji cəhətdən inkişaf edirlər.
Həyatlarında yeniliklərlə tanış olur ,onlar haqqında fikir sahibi olurlar. Bu yaş dövrünün əsas xüsusiyyətlərindən biri öz cinsini kəşf etmək və qarşı cinsə meyl göstərməkdir. Bəyənilmə ,bir -birlərinin xoşuna gəlmək ,sevgi ,həyəcan kimi hisslər bu dövrdə öz vacibliyini göstərir. Bu zaman daha çox ayna qarşısında vaxt keçirmək,xarici gözəlliklərinə xüsusi diqqət yetirmək onlar üçün olduqca vacib olur.
Bu yaş dövründə sevgi hissi olduqca vacibdir. Çünki yeniyetmə böyüdüyünü düşünür və artıq daha azad olduğunu fikirləşir. Yaşadığı sevgidə nələrdən xoşu gəlib -gəlmədiyini,nələrin ona xoş olduğunu,münasibətdə hansı dəyərlərə üstünlük verdiyini kəşf etməyə başlayır. Eyni zamanda yeniyetmələrdə rəddedilmək,bəyənilməmək kimi qorxulu düşüncələrdə özünü göstərir. Belə olan halda münasibət yaşamaq qorxusu yaranır. Sual oluna bilər ki,bu yaş dövründə uşaqların münasibət yaşaması doğrudurmu?
İnkişafda olan insanın münasibət haqqında düşünməsi ,bəyənilmə istəyi ,cinsəllik haqqında fikirlərin yaranması olduqca normaldır. Bəyənilmə arzusunun sıxışdırılıb çıxardılması uşaqda ciddi şəkildə travma yaranmasına səbəb olur.Bəs valideynlər necə etməlidirlər ki,uşaqlarını doğru istiqamətləndirsinlər?
Bu zaman valideynlər anlayışlı olmalı və uşaqları " qınamadan" dinləmlidirlər. Onlarda olan dəyişiklik haqqında düzgün izahatlar verməlidirlər. Valideyn uşağı anlayışla qarşılayıb ,hisslərinə dırnaqarası yanaşmasa və doğru istiqamətləndirsə nəticə etibarilə hər hansı davranış probleminə gətirib çıxartmayacaqdır.
Sizinlə nələrisə bölüşmürsə bunu normal qarşılamalı ,onun fikirlərinə hörmət etməlisiniz. Unutmayın ki,bu yaş dövründə uşaqların valideyndən uzaqlaşması və dostlarına bağlı olması normal haldır. Yuxarıda qeyd olunanları doğru yerinə yetirsəniz bu dövrü daha rahat keçirdə bilərsiniz.
Psixoloq Aytəkin Məmmədova
Tags: Psixoloq Aytəkin Məmmədova Humel Psixologiya mərkəzi Psixologiya mərkəzi Yeniyetməlik dövrü Yeniyetməlik dövründə sevgi Psixologiya haqqında Psixoloji problemlər sevgi psxiologiyasi humel psixologiya merkezi psixologiya merkezi
Write a comment