Qida asılılılığı, DSM-5 göstərilməməsinə baxmayaraq, adətən həddindən artıq yemə davranışlarını, istəklərini və qida üzərində nəzarətin olmamasını əhatə edir.
Qida asılılığının əlamətləri olan insanlarda qidaya qarşı bir növ tolerantlıq yaranır. Getdikcə daha çox yeyirlər, ancaq yemək onları daha az qane etməyə başlayır.
Qida asılılığının piylənmədə əhəmiyyətli bir rol oynadığı məlumdur. Bununla birlikdə, normal çəkidə olan insanlar da qida asılılığı ilə mübarizə edə bilirlər. Onların ya genetik olaraq, ya da həddindən artıq yeməyi kompensasiya etmək üçün fiziki fəaliyyətlərlə məşğul olduqları üçün çəkiləri artmır.
Yemək asılılığına iradəsizlik deyil, beynin biyokimyasına təsir edən dopamin siqnalının səbəb olduğu düşünülür. (Gunnars, 2019)
Asılılıq yaradan maddələr kimi, olduqca ləzzətli qidalarda (şəkər, duz və yağla zəngin qidalarda) da insanlar beynin mükafat sistemində artan dopamin təsiri ilə əlaqəli bir həzz yaşadıqda, yenidən tez yeməyə ehtiyac duyurlar.
Bir şəxsdə bioloji, psixoloji və ya sosial səbəblər nəticəsində asılılıq yarana bilər. Yemək asılılığının inkişafına təsir edə biləcək bioloji səbəblər arasında hormonal balanssızlıqlar, beyin quruluşlarındakı anormallıqlar, bəzi dərmanların istifadəsindəki yan təsirlər və ya bu cür asılılıq problemi olan ailə üzvləri ola bilər.
Qida asılılığının təsirləri: Psixoloji təsirlər - Yemək asılılığı psixi sağlamlığı poza bilər:
- Özünə inamsızlıq
- Depressiya
- Panik ataklar
- Təşviş pozuntları
- Kədərli
- Ümidsizlik
- Çarəsizlik hissi
- Aqressivlik
- İntihar düşüncələri
Qida asılılığının sosial həyata və münasibətlərə də təsiri ola bilir: Yaxınlarından təcrid olunma, Bir vaxtlar zövq aldığı heç bir hobbi və fəaliyyətdən zövq almamaq, Sosial fəaliyyərlərdən qaçmaq, işdə və məktəbdə aşağı nəticələr, maddi problemlər və s. Bu asılılıq həm də psixoloji amillərin nəticəsi ola bilər. Bu kateqoriyaya daxil olan amillər arasında emosional və ya cinsi istismar, travmatik hadisənin qurbanı olmaq, problemlərin öhdəsindən gələ bilməmək, aşağı özünə hörmət və yaxın insan itkisi yaşamaq ola bilər.
Qida asılılığı ilə əlaqəli ola biləcək sosial təsirlərə ailə funksiyalarının pozulması, yaşıdlarının və ya cəmiyyətin təzyiqi, sosial təcrid, uşaq istismarı, sosial dəstək olmaması və stresli həyat hadisələri aiddir.
Müalicəsi: Psixoaktiv maddə aslılığı ilə həddindən artıq yemək yemək arasında oxşarlığı müəyyənləşdirməyin ən böyük potensial üstünlüklərindən biri effektiv müdaxilələrin müəyyənləşdirilməsidir. Yalnız sağlam pəhriz və idmanı da ehtiva edən standart arıqlama üsulu əksər hallarda uğursuzluqla nəticələnir. Pəhrizin təsirsiz olmağının mümkün səbəblərindən biri, onun kökündə duran səbəbini deyil, həddindən artıq yeməyin nəticəsini müalicə etməkdir. Artan impulsivliyi və azalmış özünə nəzarəti hədəfə alan psixoterapiya yanaşmaları daha uğurlu ola bilir. Qida asılılığının müalicə strategiyası qida pozuntularında istifadə olunanlarla eynidir.
Write a comment