+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Yaz depressiyası

By Rahidə Şahverdiyeva - 3 Mar 2023 1355 0 comments
Yaz depressiyası


Havaların isinməsi, günəşin parlaq şəfəqlərinin daha çox hiss edilməyə başlaması yazın ilk əlamətləri kimi bəzi insanları sevindirsə də bəziləri üçün depressiyaya səbəb ola bilər. Hava gözəl olsa da insanlar özlərini çox yorğun, daimi yuxusuz və hər şeyə qarşı laqeyd hiss edə bilərlər.


Yaz depressiyasının yaranma səbəbləri nələrdir?
Yaz depressiyasının nədən qaynaqlandığı tam olaraq bilinmir . Lakin bütün psixoloji problemlərdə olduğu kimi bu vəziyyətdə də genetik faktorlar, yaş və daha çox orqanizmin təbii kimyəvi quruluşunun rol oynadığı düşünülür. Yaz depressiyasını aktivləşdirən faktorlardan bəziləri aşağıdakılardır:
Bioloji saat: Yaz və yay aylarında günəş işığının səviyyəsinin və müddətinin artması təbii olaraq yuxu rejiminə də təsir edir. Gün içərisində oyaq qalma müddətimizin artması bioloji saata mənfi təsir göstərir.
Serotonin səviyyəsi: Beynindəki kimyəvi maddələrdən olan və bizlərin xoşbəxtlik hormonu deyə tanıdığımız serotoninin miqdarındakı azalma da depressiyanın yaranmasına təsir edir.
Melatonin səviyyəsi: Mövsüm dəyişikliyi yuxu rejimi və keyfiyyətinə təsir edən melatonin hormonunun tarazlığını poza bilər.


Yaz depressiyasına ən çox kimlərdə rast gəlinir?
Mövsüm dəyişikliyi ilə bağlı olaraq yaranan depressiya xüsusilə 18lə 25 yaş arası gənclərdə görülür. Genetik olaraq depressiyaya yatqınlığı olan və keçmişdə depressiya yaşamış şəxslərdə daha çox rast gəlinir. Sosial münasibətləri güclü olan insanlarda mövsüm depressiyası nadir olaraq ortaya çıxdığı halda , içə qapanıq , sosial cəhətdən zəif şəxslərdə daha çox müşahidə olunur. Həmçinin mükəmməliyə meyilli şəxslər də gözləntilərinin altında qalan performanslara görə daha sıx depressiv hal yaşaya bilirlər. Bununla yanaşı qadınlarda yaz depressiyası kişilərə nisbətən 4dəfə daha çox müşahidə olunur.


Yaz depressiyası zamanı nələr baş verir?
Əvvəlcədən bildirək ki, mövsüm dəyişikliyindən qaynaqlanan depressiyalar özləri də bir-birilərindən fərqlənirlər. Məsələn ; qış depressiyasında içinə qapanıq ruh halına bürünən insan Yaz depressiyasında daha çox narahat və aqressiv hissetməyə başlayır. Yaz depressiyası zamanı təkcə psixoloji deyil , eyni zamanda fizioloji dəyişikliklər də müşahidə olunur. Bunun əsas səbəbi isə mövsüm dəyişilməsilə birlikdə yaşanan emosional dalğalanmalardır. Yaz depressiyası zamanı özünü göstərən əlamətlər:

  • Yorğunluq
  • Halsızlıq
  • Kədər və boşluq hissi
  • Əsəbilik,tez ağlama, qayğılar və qorxular
  • Diqqətin azalması, unutqanlıq
  • Ümidsizlik, dəyərsiz hiss etmə
  • İştahsızlıq
  • Həvəssizlik
  • Yuxu rejiminin pozulması
  • Bunlarla yanaşı baş ağrısı, əzələlərdə ağrılar, ürəkbulanma, qusma kimi fizioloji narahatlıqlarda baş verir.

Yaz depressiyasının davam etmə müddəti nə qədərdir?
Mövsüm dəyişikliyi hamıya keçici və ya yüngül formada bir neçə gün müddətində təsir edə bilər. Ancaq əsil mövsüm depressiyası 2 həftəyə qədər davam edir. 2 həftə müddəti keçdiyi halda depressiv ruh halı davam edər ,şəxsin iş və sosial həyatına maneə yaradarsa mütləq psixoloqa müraciət edilməlidir. Lakin bununla yanaşı gündəlik rejiminizdə edəcəyiniz bəzi dəyişikliklər özünüzü daha yaxşı hiss etməyinizə kömək edəcək:
Yaşadığınız yerin daha aydınlıq olmasını təmin edin.
Açıq havada vaxt keçirmək üçün səy göstərin. Xüsusilə də səhərin erkən saatlarında gün işığı altında vaxt keçirmək daha yaxşı hiss etməyinizə səbəb olacaq.
Davamlı idman hərəkətləri ilə məşğul olun. Fiziki hərəkət Yaz depressiyası zamanı artan narahatlıq və stressin qarşısını alacaq.
Yuxu və qidalanma rejiminizə diqqət edin, bol su için.
 

Psixoloq Şahverdiyeva Rahidə

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!