YALNIZLIQ QORXUSU
Monofobiya, insanın tək qalmaqdan qorxmasına və həyatı boyu insanlara bağlı qalmasına səbəb olan bir fobiya növüdür. Bəzən insanlar tək qalmağı sevmirlər və insanların çox olduğu mühitlərdə özlərini daha təhlükəsiz hiss edirlər. Bununla belə, monofobiyası olan insanlar tək olduqları zaman narahatlıqla yanaşı fiziki simptomlar da yaşayırlar. Bu fiziki simptomlar; Qarın ağrısı, ürəkbulanma, ürək döyüntüsü, qızdırma, nəfəs darlığı, tərləmə, nəbzin sürətlənməsi kimi problemlərlə özünü göstərir. Bu insanlar ölüm qorxusunu digər insanlara nisbətən daha çox yaşayırlar.
Yalnızlıq qorxusu insanlar ilə münasibətlərdə böyük problemlər yaradır. Bu fərdlər tək qalmaqdan qorxduqları üçün sevmədiyi insanlar ilə belə münasibətlərini davam etdirirlər.
Monofobiyanın baş verməsi insandan insana dəyişir. Bu, fərdin yaşadığı müxtəlif hadisələrə görə baş verə bilər. Bunlarla yanaşı mühüm rol oynayan amillər də var;
- Sosial-iqtisadi vəziyyət
- Stress
- Keçmiş Travmalar
- Genetik səbəblər
- Uğursuz Şəxslərarası Münasibətlər
Monofobiyanın əlamətləri hansılardır?
Fiziki simptomlar
Tərləmə, titrəmə, ayaqlarda və əllərdə uyuşma, ürəkbulanma, baş ağrısı, başgicəllənmə, döş qəfəsində sıxılma, sürətli ürək döyüntüsü, nəfəs darlığı, zəiflik hissi.
Psixoloji simptomlar
Ölüm qorxusu, idarəetməni itirmək qorxusu, əslində mövcud olmayan şeylərə inanmaq kimi hisslər
Yuxarıda göstərilən simptomları nəzərə alaraq, şəxs aşağıdakı vəziyyətləri yaşayır:
Evdə heç kim yoxdursa, yatmazdan əvvəl; Televiziya, kompüter və ya telefondan müxtəlif musiqi və ya videoları oynayır.
Əgər fərd təkdirsə, işıq və səs yoxdursa, o, yuxuya getməkdə çox çətinlik çəkir.
Tək qalanda və ya tək qalacağını hiss etdikdə tərləməyə başlayır və ürək döyüntüləri sürətlənir. Əlavə olaraq; Ürəkbulanma, nəfəs darlığı, bədəndə uyuşma və, başgicəllənmə və baş ağrısı kimi fiziki simptomlar meydana gələ bilər.
Bu vəziyyəti tək başına idarə etmək çətin ola bilər. Bununla belə, psixi sağlamlıq mütəxəssisi ilə məsləhətləşmək və müalicə almaq pozğunluğun müalicəsi üçün çox faydalıdır.
Psixoloq Sevil Bağırova
Tags: Psixoloq Sevil Bağırova ölüm qorxusu yalnız qalma qorxusu təklikdən qorxmaq təklilk qorxusu yanlızlıq humel psixologiya mərkəzi humel psixologiya merkezi psixoloji merkez humel psixoloji merkez psixoloqlar psixoloqlar baki psixoloqlar
Write a comment