+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Xoşbəxtlik hormonu

By Humel - 15 Nov 2022 5833 0 comments
Xoşbəxtlik hormonu

Serotonin insanın xoşbəxt, şən əhval ruhiyyə və pozitiv hiss etməsini təmin edən nevrotransmitterdir. Vəzifəsi sinir hüceyrələri arasında elektrik siqnallarını daşımaqdır. Serotonin beyində ifraz edilir. Mərkəzi sinir sistemində və mədə-bağırsaq kanalında yerləşir. Mərkəzi sinir sistemindəki serotonin ruh halını, yuxunu, iştahı, öyrənmək qabiliyyətini, yaddaşı, cinsi əlaqəni və sosial davranışı tənzimləməyə kömək edir. Mədə-bağırsaqdakı serotoninin vəzifəsi həzmi tənzimləməkdir.

Serotonin çatışmazlığına 3 səbəb:

1. Epifizdə ifrazın azlığı

2. Reseptor regionlarının yetərsiz olması

3. Serotonin ifrazında lazımlı olan triptofan maddəsinin azlığı

Bu 3 kimyəvi pozğunluq meydana gəldiyi zaman, depressiya, obsessiv-kompulsiv pozğunluq, təşviş pozğunluğu, panika, həddindən artıq əsəbilik, insomniya və s. ortaya çıxa bilir.

Serotonin stress əleyhinə təsir mexanizmi ilə əlaqədar olaraq günün müəyyən vaxtlarında qandakı miqdarı dəyişə bilir.

Qeyri-kafi qidalanmaq, bədəni canlı tutmağa kömək edən idman hərəkətləri etməmək, kofein istifadəsi, alkoqol qəbulu, süni qidalar və stress orqanizmin serotonin ifrazını iflasa uğradır.

Bəzi qida məhsulları var ki, onlar təbii antidepressant olaraq orqanizmdə xoşbəxtlik hormonu olan serotonin istehsal edir. Həmin hormon orqanizmdə normal miqdarda olduqda insanın həyata olan həvəsi artır və özünü xoşbəxt hiss edir. Ona görə də bu hormona xoşbəxtlik hormonu da deyilir.

“Xoşbəxtlik hormonu” kimi tanınan serotonin əvəzolunmayan aminturşu olan triptofandan yaranır. Triptofan isə orqanizmdə sintez olunmadığı üçün onu qidalardan əldə etmək lazımdır. Zülalla zəngin olan qidaların tərkibindəki triptofan beyin toxumasına çox ləng və az miqdarda keçir, ancaq karbohidratdakı triptofan çox sürətlə mənimsənilir.

Serotonin səviyyəsinin az olduğunu göstərən əlamətlərə aşağıdakılar aid edilir:

  • Qayğı və özgüvən əksikliyi
  • Aqressivlik
  • Zorakılığa meyililik
  • Baş ağrısı
  • İştahda dəyişiklik
  • Şəkərli qidalara üstünlük vermək
  • Yuxu problemləri

Psixoloq Zöhrə İslamzadə

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!