+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Humel Psixologiya Mərkəzində Gestalt Terapiyası üzrə Praktik Təlim Keçirildi

By Humel - 11 Jun 2026 27 0 comments
Humel Psixologiya Mərkəzində Gestalt Terapiyası üzrə Praktik Təlim Keçirildi

 

Humel Psixologiya Mərkəzinin Könüllülük Proqramı çərçivəsində Gestalt Terapiyası təlimi keçirildi

Humel Psixologiya Mərkəzinin Könüllülük Proqramı çərçivəsində Mərkəzimizin direktoru, psixoloq Taryel Faziloğlu tərəfindən psixologiya ixtisası üzrə təhsil alan tələbələr üçün "Gestalt Terapiyası" mövzusunda praktik təlim keçirildi.

Təlimin əsas məqsədi gələcəyin psixoloqlarının müasir psixoterapevtik yanaşmalar haqqında biliklərini artırmaq, onların peşəkar inkişafına töhfə vermək və praktik bacarıqlarını gücləndirmək idi.

Təlim zamanı Gestalt terapiyasının yaranma tarixi, fundamental prinsipləri, fərdin özünü dərk etmə prosesi, emosional fərqindəliyin inkişafı, terapevt–pasiyent münasibətlərinin xüsusiyyətləri, eləcə də bu yanaşmanın psixoloji konsultasiya prosesində tətbiqi ətraflı şəkildə izah olundu. Eyni zamanda iştirakçılar real praktik nümunələr, interaktiv müzakirələr və tətbiqi məşğələlər vasitəsilə əldə etdikləri nəzəri bilikləri praktikada möhkəmləndirmək imkanı qazandılar.

Humel Psixologiya Mərkəzi olaraq hesab edirik ki, psixologiya tələbələrinin yalnız nəzəri biliklərlə kifayətlənməsi deyil, həm də peşəkar mütəxəssislərlə birbaşa ünsiyyət quraraq praktik təcrübə qazanması onların gələcək fəaliyyətində mühüm rol oynayır. Bu məqsədlə Könüllülük Proqramımız çərçivəsində mütəmadi olaraq müxtəlif psixologiya istiqamətləri üzrə təlimlər,  praktik məşğələlər və peşəkar inkişaf tədbirləri təşkil edilir.

Gənc psixoloqların inkişafına dəstək vermək, onların bilik və bacarıqlarının artırılmasına töhfə göstərmək Humel Psixologiya Mərkəzinin əsas prioritetlərindən biridir. İnanırıq ki, bu kimi təşəbbüslər ölkəmizdə peşəkar psixoloji xidmətlərin keyfiyyətinin yüksəlməsinə və gələcək mütəxəssislərin formalaşmasına mühüm töhfə verir.

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!