-870x653.png)
21 fevral 2026-cı il tarixində “Biznes Mərkəzi Klubu”nun Təhsil Komitəsi ilə birgə “Komanda performansını artırmaq: davranış, etimad və əməkdaşlıq” mövzusunda təlim uğurla təşkil olundu.
Təlim çərçivəsində komanda daxilində effektiv ünsiyyətin qurulması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlıq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində praktiki yanaşmalar və real biznes nümunələri əsasında dəyərli fikir mübadiləsi aparıldı.
Tədbirin təşkilinə verdiyi dəstəyə və dəvətə görə “Biznes Mərkəzi Klubu”nun (@biznesmerkezi.az) rəhbəri Rüfət (@rufetnadirli_official) bəyə və Təhsil Komitəsinin rəhbəri Rəşad (abbasoff.reshad ) bəyə dərin təşəkkürümüzü bildiririk. Eyni zamanda, təlimə ev sahibliyi edən Marmara Group-a (@marmara.edu.az ) və iştirak edən xaricdə təhsil şirkətlərinin rəhbərlərinə göstərdikləri yüksək maraq və aktiv iştiraklarına görə minnətdarlığımızı ifadə edirik.
Humel Psixologiya Mərkəzi olaraq inanırıq ki, “Biznes Mərkəzi Klubu”nun Təhsil Komitəsi Azərbaycan təhsil və xaricdə təhsil sektorunda əməkdaşlığın gücləndirilməsi, institusional inkişafın təşviqi və dayanıqlı tərəfdaşlıqların formalaşdırılması baxımından mühüm rol oynayacaq. Komitənin rəhbəri Rəşad bəyə və bütün üzv təşkilatlara bu dəyərli fəaliyyətlərində uğurlar arzulayırıq.



Tags: Komanda performansı Komanda performansını artırmaq Marmara xaricdə təhsil Komanda təlimi Komanda ünsiyyəti Etimad və əməkdaşlıq Etimadın möhkəmləndirilməsi Əməkdaşlıq bacarıqları Liderlik bacarıqları Liderlik təlimi Praktiki təlim Praktiki biznes nümunələri Praktiki təcrübə Humel Psixologiya Mərkəzi Təlim və inkişaf Biznes Mərkəzi Klubu

Write a comment