+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Humel Psixologiya Mərkəzi olaraq daha bir əhəmiyyətli uğura imza atdıq

By Humel - 17 Jun 2026 17 0 comments
Humel Psixologiya Mərkəzi olaraq daha bir əhəmiyyətli uğura imza atdıq

 

17 iyun 2026-cı il tarixində American Chamber of Commerce in Azerbaijan (AmCham Azerbaijan)-ın ən mühüm və nüfuzlu tədbirlərindən biri olan İllik Ümumi Yığıncaq uğurla keçirildi.

Bu əlamətdar tədbiri Humel Psixologiya Mərkəzi üçün xüsusi dəyərli edən məqamlardan biri isə seçkilərin ən həssas, şəffaflıq və yüksək məsuliyyət tələb edən mərhələlərindən biri olan səsvermə nəticələrinin hesablanması prosesində iştirakımız oldu.

Mərkəzimizin Marketing Direktoru Adil Hüseyn Ümumi Yığıncaq çərçivəsində Səs Hesablama Komissiyasının üzvü seçilərək bu mühüm prosesin təşkilinə və həyata keçirilməsinə töhfə verdi.

Bu etimad yalnız fərdi peşəkar fəaliyyətə deyil, eyni zamanda Humel Psixologiya Mərkəzinin peşəkarlığına, etibarlılığına və biznes ictimaiyyətində formalaşdırdığı nüfuza verilən dəyərli bir qiymət kimi bizim üçün xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, Humel Psixologiya Mərkəzi AmCham Azərbaycan-ın ilk və yeganə psixologiya mərkəzi üzvüdür. Bu üzvlük bizim üçün yalnız bir təşkilata üzvlük deyil, psixologiya sahəsinin biznes, idarəetmə və korporativ mühitlə inteqrasiyasına verdiyimiz töhfənin göstəricisidir.

Fürsətdən istifadə edərək seçkilərin nəticələrinə əsasən AmCham Azərbaycanın yeni seçilmiş Prezidenti Nuran Kərimovu və İdarə Heyətinin üzvlərini — Oscar Bogopolski, Niyazi Amirbayov, Imran Elkhan Ahmadzada, Elyar Aliyev, Sharaf Asgarova, Ilham Azizov, Ramil Eyyubov, Gunay Jalilova və Orhan Mikayil — ürəkdən təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

AmCham Azərbaycan kimi Azərbaycanın biznes ekosistemində xüsusi nüfuza və mühüm mövqeyə malik bir təşkilatın bu əhəmiyyətli prosesində iştirak etmək Humel Psixologiya Mərkəzi üçün yalnız böyük bir etimad deyil, həm də peşəkar fəaliyyətimiz baxımından mühüm bir dəyərdir. 

İnanırıq ki, Humel-in peşəkar psixologiyanı biznes dünyası ilə birləşdirən yanaşması, korporativ psixologiya sahəsində fəaliyyəti və inkişaf edən institusional əlaqələri gələcəkdə də yeni əməkdaşlıqların və uğurların əsasını təşkil edəcək.

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!