-870x653.png)
Humel Psixologiya Mərkəzi olaraq daha bir uğurlu əməkdaşlığımızı elan edirik. Azərbaycan təhsil sektorunda strateji önəmə malik və sahənin aparıcı qurumlarından biri olan ARI Beynəlxalq Təhsil Mərkəzi @aritehsilmerkezi ) ilə əməkdaşlıq razılığına gəldiyimizi məmnuniyyətlə bildiririk.
Bu əməkdaşlığın formalaşmasında göstərdiyi açıq vizyon, tələbəyönümlü yanaşma və peşəkar mövqeyinə görə mərkəzin rəhbəri İnara xanıma xüsusi təşəkkürümüzü bildiririk.
Qeyd edək ki, 2010-cu ildən fəaliyyət göstərən ARI Beynəlxalq Təhsil Mərkəzi @aritehsilmerkezi ) , yarandığı gündən etibarən xaricdə təhsil, xarici dil kursları, beynəlxalq dil sertifikasiya proqramları, yay məktəbləri və digər akademik istiqamətlər üzrə minlərlə gəncin təhsil yoluna sistemli və strateji dəstək göstərib.
Bu illər ərzində mərkəz sadəcə xidmət göstərən qurum kimi deyil, eyni zamanda gənclərin qlobal dünyagörüşünün formalaşmasında və beynəlxalq akademik mühitə inamlı inteqrasiyasında strateji və etibarlı tərəfdaş kimi etibarlı mövqe qazanıb.
Humel olaraq, artıq bir ilə dən çoxdur ki, “Xaricə gedən tələbələr üçün Psixoloji Hazırlıq və Mentorluq” proqramımızı uğurla həyata keçiririk. Məqsədimiz tələbələrin yalnız akademik deyil, eyni zamanda psixoloji və emosional baxımdan da xaricdə təhsilə tam hazır olmalarını təmin etməkdir.
Bu əməkdaşlığımız çərçivəsində tələbələrin psixoloji dayanıqlılığının sistemli şəkildə gücləndirilməsi və təhsil alacaqları ölkənin sosial-iqtisadi mühitinə sağlam, inamlı və strateji adaptasiyasının təmin olunması məqsədilə kompleks seminarlar, maarifləndirici görüşlər və fərdi psixoloji dəstək proqramları həyata keçiriləcək.
Strateji məqsədimiz tələbələrin xaricdə təhsil mərhələsinə təsadüfi deyil, şüurlu qərarla; emosional və psixoloji balansı formalaşmış, daxili güvəni möhkəmlənmiş şəkildə başlamalarını təmin etməkdir.
Humel olaraq inanırıq ki, xaricdə təhsil yalnız akademik mərhələ deyil, eyni zamanda şəxsiyyətin formalaşdığı və daxili potensialın üzə çıxdığı mühüm transformasiya prosesidir. ARI Beynəlxalq Təhsil Mərkəzi ilə qurduğumuz bu əməkdaşlıq tələbələrin beynəlxalq təhsil yoluna daha güclü, daha hazırlıqlı və daha şüurlu şəkildə başlamasına xidmət edir. Bu tərəfdaşlığın uzunmüddətli, strateji və real dəyər yaradan təşəbbüslərlə davam edəcəyinə inanır, əməkdaşlığımızın təhsil və psixoloji hazırlıq sahəsində nümunəvi modelə çevriləcəyini əminliklə ifadə edirik.
Tags: Humel Psixologiya Mərkəzi ARI Beynəlxalq Təhsil Mərkəzi Xaricdə Təhsil Psixoloji Hazırlıq Tələbələr üçün Mentorluq Beynəlxalq Təhsil Təhsil Əməkdaşlığı Akademik Hazırlıq Emosional Hazırlıq Mentorluq və Seminarlar Strateji Təhsil Proqramları Tələbələrin Hazırlıq Proqramları Xaricdə Təhsil Hazırlığı Daxili Güvən və Potensial Tələbələr üçün psixoloji dəstək Xaricdə Təhsil və Psixoloji Dəstək Psixologiya Klubu

Write a comment