+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

By Humel - 1 Jun 2022 861 0 comments
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

 1950-ci il iyunun 1-də BMTBaş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların   müdafiəsinə  həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.

 BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik  dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.

  Dünyanın əksər ölkələrində olduğu kimi bu gün Azərbaycanda da keçirilir.

  Uşaqlarla bağlı bəyannamədə yazılır: "Bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şəkildə təmin etsin".

 Bu bəyənnaməni qəbul edilməsində ilk işlər Eqlantine Gebb tərəfindən edilmişdir.

Birinci dünya müharibəsinin dəhşətlərinin şahidi olan, Eqlantine Gebb müharibənin dəhşətlərindən sarsılaraq uşaqların xüsusi müdafiəyə ehtiyac duyduğlarını anladı. Bacısı Doroti Bakston  köməyi ilə 1919-cu ildə, uşaqlara yardım, kömək göstərib, onların müdafiəsini təmin etmək üçün Londonda "uşaqlara yardım fondu"nun əsasını qoydu.

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!