+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Xaricdə Təhsil üçün Psixoloji Hazırlıq: Humel və Ametist Strateji Tərəfdaşlığı

By Humel - 17 Feb 2026 9 0 comments
Xaricdə Təhsil üçün Psixoloji Hazırlıq: Humel və Ametist Strateji Tərəfdaşlığı

 

Humel Psixologiya Mərkəzi olaraq artıq bir ilə yaxındır ki, “Xaricə gedən tələbələr üçün Psixoloji Hazırlıq və Mentorluq” proqramımızı uğurla həyata keçiririk.

Məqsədimiz tələbələrin yalnız akademik deyil, eyni zamanda psixoloji və emosional baxımdan da xaricdə təhsilə hazır olmalarını təmin etməkdir.

Bu müddət ərzində proqramımız təhsil sektorunda yüksək etimad qazanmış, 30-dan çox xaricdə təhsil şirkəti ilə strateji əməkdaşlıq quraraq yüzlərlə tələbəyə psixoloji hazırlıq və mentorluq dəstəyi təqdim etmişdir. Tələbələrimiz yeni mühitə adaptasiya, müstəqil həyat tərzinə keçid, qərarvermə bacarıqları və psixoloji dayanıqlıq sahələrində daha güclü şəkildə xaricdə təhsil yoluna başlamışdır.

Rəhbəri Nurlan bəy olan Ametist Xaricdə Təhsil Şirkəti əməkdaşlığa başladığımız ilk şirkətlərdən biridir. Bir ilə yaxın davam edən bu tərəfdaşlıq çərçivəsində tələbələrin psixoloji hazırlığının gücləndirilməsi, yeni mühitə daha sağlam və inamlı adaptasiyası istiqamətində birgə fəaliyyət göstəririk. Nurlan bəy və rəhbərlik etdiyi Ametist Şirkəti tələbələrə yüksək səviyyəli dəstək və peşəkar istiqamətləndirmə təqdim etməklə onların uğurlu gələcəyinə davamlı töhfə verir. Eyni zamanda Nurlan bəy Azərbaycanda xaricdə təhsil sferasının inkişafında əvvəzsiz rolu olan bir təhsil mütəxəsisidir.

Bu əməkdaşlıq eyni zamanda, Humel və Ametist arasında tələbələrin psixoloji hazırlığını prioritetləşdirən strateji və dəyər əsaslı tərəfdaşlıq modelini əks etdirir. 2026-cı ildə isə bu uğurlu tərəfdaşlığı daha genişləndirərək xüsusi mentorluq təşəbbüsləri, maarifləndirici təlimlər və innovativ layihələr həyata keçirməyi planlaşdırırıq.

Humel olaraq inanırıq ki, xaricdə təhsil yalnız akademik deyil, eyni zamanda psixoloji transformasiyadır. Ametist ilə əməkdaşlığımız tələbələrin bu mərhələyə daha güclü, hazırlıqlı və şüurlu başlamalarına töhfə verməyə davam edəcək. Nurlan bəyə göstərdiyi etimada görə təşəkkür edir, gələcək layihələrimizin daha böyük dəyər yaradacağına inanırıq. 

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!