+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Uşaqlarda Özünə Hörmət və Sosial Dəyərlər

By Qərənfil Səmədzadə - 25 Jan 2025 53 0 comments
Uşaqlarda Özünə Hörmət və Sosial Dəyərlər

 

Uşaqlıq dövrü, insan həyatının ən vacib mərhələlərindən biridir. Bu dövrdə uşaqların inkişafı yalnız fiziki və intellektual sahələrdə deyil, eyni zamanda emosional və sosial aspektlərdə də əhəmiyyətli bir mərhələdir. Özünə hörmət və sosial dəyərlərin uşaqlarda formalaşması, onların gələcəkdə sağlam və xoşbəxt insan olmalarına xidmət edir.

 

Özünə hörmət, insanın özünü necə qiymətləndirməsi və öz gücünü necə qəbul etməsi ilə bağlıdır. Bu, uşaqların özlərinə olan inamını formalaşdırır və onların psixoloji sağlamlıqlarının təməlini qoyur. Uşaqların özünə hörmət hissi onların sosial münasibətlərinə, həmçinin həyatla bağlı ümumi perspektivlərinə təsir edir. 

 

Uşaqların özünə hörmətinin inkişafı üçün onların şəxsiyyətlərini təqdir etmək, onların bacarıqlarını və fərqliliklərini qiymətləndirmək vacibdir. Məsələn, valideynlərin və müəllimlərin uşaqları yalnız uğurları üçün deyil, həm də səy və əzm göstərdikləri üçün tərifləmələri onların özlərinə olan hörmətini artırır, öz dəyərlərini fərqinə varmalarına kömək edir. 

 

Bu yanaşma eyni zamanda uşaqların özlərini başqaları iləqarşılaşdırmadan, öz bacarıqlarına fokslanmalarına imkan verir. Uşaqlar özlərini qəbul edəndə, başqaları ilə əlaqələrində daha sağlam və güvənli olurlar.

 

Özünə hörmətin formalaşması ilə bağlı bir digər mühüm məqam da uşaqların tənqidə və uğursuzluğa münasibətidir. Uşaqlar uğursuzluqları şəxsi çatışmazlıqları kimi görməməli, onları inkişaf etmək üçün bir fürsət olaraq dəyərləndirməlidirlər. Bu nöqteyi-nəzərdən, valideynlər və müəllimlər uşaqlara səhvlərini bir öyrənmə prosesi kimi göstərməli, müsbət bir yanaşma təmin etməlidirlər.

 

Sosial dəyərlər, cəmiyyətin gözləntilərinə və qəbul etdiyi qaydalara uyğun davranışları ifadə edir. Uşaqların bu dəyərləri mənimsəməsi onların cəmiyyətlə inteqrasiyasını asanlaşdırır, həmçinin başqaları ilə sağlam münasibətlər qurmasına şərait yaradır. Sosial dəyərlərin inkişafı isə yalnız mənəvi deyil, həm də praktiki əhəmiyyətə malikdir. Ədalət, empatiya, mərhəmət, dürüstlük və s. kimi dəyərlər uşaqların digər insanlarla harmoniya içində yaşamaqlarına imkan verən təməl prinsipləri ehtiva edir. 

 

Uşaqlar bu dəyərləri ailələrində, məktəblərində və ətraf mühitdə müşahidə edərək öyrənirlər. Sosial dəyərlərin qazandırılması, uşaqların cəmiyyətdə həssas və məsuliyyətli şəxsiyyətlər olmaqlarına imkan verir.

 

Uşaqlarda özünə hörmətin və sosial dəyərlərin inkişafı sadəcə nəzəri bir proses deyil, eyni zamanda praktiki tətbiqə ehtiyac duyur. Ən təsirli yanaşmalardan biri uşaqların özləri ilə qarşılıqlı əlaqədə olduqları bir mühitdə bu dəyərləri tətbiq etmələrinə imkan yaratmaqdır. Məsələn, məktəb mühitində uşaqlara komandada işləmək, fərqliliklərə hörmət göstərmək və sosial məsuliyyət daşımaq öyrədilməlidir.

 

Uşaqlarda özünə hörmət və sosial dəyərlərin inkişafı onların sağlam, etibarlı və müsbət cəmiyyət üzvü olmasına imkan yaradır. Bu, həm də gələcəkdə güclü, sağlam və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmaqlarına kömək edəcəkdir. 

 

Psixoloq Qərənfil Səmədzadə

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!