+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Uşaqlarda Qardaş / Bacı Qısqanclığı

By Qərənfil Səmədzadə - 15 Mar 2025 74 0 comments
Uşaqlarda Qardaş / Bacı Qısqanclığı

 

Bacı/qardaş qısqanclığı, bir uşağın qardaşına (bacısına) göstərilən diqqət, sevgi və ya zaman səbəbiylə özünü ikinci planda hiss etməsi ilə ortaya çıxan emosional reaksiyadır. 

 

Uşaq valideynlərinin sevgisini və diqqətini itirmə qorxusu yaşaya bilir və bu hal, qardaşına (bacısına) qarşı mənfi hisslər yaranmasına səbəb ola bilir. 

 

Qardaş (bacı) qısqanclığının arxasında müxtəlif səbəblər dayana bilər. Bu səbəblər ailə mühitindən tutmuş uşağın fərdi xüsusiyyətlərinə və valideynlərin tərbiyə yanaşmasına qədər geniş bir spektri əhatə edə bilər. Gəlin birlikdə bu səbəbləri daha ətraflı nəzər yetirək.

 

Ailəyə yeni bir körpənin qatılması:

Uşaq, ailənin yeni üzvünə göstərilən diqqətin öz ehtiyaclarını kölgədə qoyacağından narahat ola bilir. Körpəyə daha çox vaxt keçirildiyini görərək, "artıq məni əvvəlki qədər sevmirlər" deyə düşünə bilir. 

 

Valideynlərin münasibəti:

Uşaqlar arasında müqayisə aparmaq, birini digərinə nümunə göstərmək qısqanclıq hisslərini hisslərini artıra bilir. Ədalətsiz davranışlar və ya böyük uşağa daha çox məsuliyyət yükləmək, qardaşa (bacıya) qarşı qısqanclıq hiss etməsinə səbəb ola bilər. 

 

Diqqəti itirmə qorxusu:

Uşaqlar, valideynlərinin sevgisinin məhdud olduğunu düşünə bilir və qardaşın (bacının) bu sevgidən daha çox pay alacağını hiss edə bilir.  Xüsusilə daha böyük uşaqlar, özlərinin ikinci planda qaldığını düşünür. 

 

Yaş fərqi və inkişaf dövrləri: 

Kiçik yaşlardaki uşaqlar, hisslərini idarə etməkdə çətinlik çəkdikləri üçün qardaş (bacı) qısqanclığını daha sıx yaşayırlar. Yeniyetməlik dövrü kimi həssas inkişaf dövrlərində bu hal daha qarışıq bir hal ala bilir. 

 

Diqqət çəkmək ehtiyacı:

Qardaş (bacı) qısqanclığı, uşağın daha çox diqqət çəkmək istəməsi ilə də ortaya çıxa bilir. Mənfi davranışlarla diqqət çəkməyə çalışan bilir. 

 

Təşvişli və ya güvənsiz bağlanma:

Uşaq, valideynlərinə olan bağını güvənsiz hiss edirsə, qardaş (bacı) qısqanclığı daha aşkar ola bilir. 

 

Qardaşlar (bacılar) arasındaki fərqlər:

Cins, yaş və ya fərdi xüsusiyyətlərdən yaranan fərqlər bir uşaqda özünü digərindən "daha az dəyərli" hiss etməsinə səbəb ola bilər.

 

✓ Simptomları hansılardır? 

Qardaşa (bacıya) qarşı qısqanclıq hissi əsasən aşağıdakı şəkillərdə ortaya çıxa bilir:

  • Davranış dəyişiklikləri: Narahatlıq, aqressiya, ağlama;
  • Reqressiya (geriləmə): Yatağı islatma, körpə kimi davranışlar;
  • Qardaşa (bacıya) qarşı aqressivlik: itələmə, incidən sözlər, əşyalara zərər vermə;
  • Valideynlərdən yapışmaq: daha çox diqqət və sevgi istəyi;

 

Qardaş (bacı) qısqanclığı təbii prosesdir, ancaq uzun müddət həll edilmədikdə ailənin dinamikasına mənfi təsir göstərə bilir. Bu səbəblə valideynlərin diqqətli və səbirli bir yanaşma göstərməsi vacibdir.

   

Unutmayın, qısqanclıq hissi tamamilə aradan qaldırıla bilməz, lakin düzgün yanaşma ilə bu hissin idarə olunması və uşaqlarınızın sağlam emosional inkişafı təmin edilə bilər.

 

Psixoloq Qərənfil Səmədzadə

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!