Anal mərhələ 1-3 yaşı əhatə edir. Erogen zona anus və çevrəsinə səpələnmiş olur. Bu dövrdə ən çox aktiv olan sidik kisəsi və yoğun bağırsaqdır. Uşaq anusu büzən əzələlərə gedən sinirlərin inkişafı nəticəsində, nəcisinin tutuması ya da boşaldılması funksiyaları üzərində kontrolu öyrənir. Buna görə də bu dövrdə uşaq tualet vərdişinə yiyələnir. Freyd göstərirdiki ailələrin uşağa tualet tərbiyəsinin verməsi uşağın sonrakı şəxsiyyətinə birbaşa təsir edir. Əgər uşağa məcburi şəkildə «bu dəqiqə get karşokda otur» deyilirsə onda uşaqda defikasiya və sidiyi saxlamaq kimi xüsusiyyətlər formalaşır, qəbizlik əmələ gəlir.
Körpələrdə tualet təlimi üçün vaxt təyin edərkən körpənin psixoloji cəhətdən hazır olub olmadığına da diqqət yetirməlisiniz. Bəzi uşaqlarda bu mərhələ 1- 2günə, bəzilərində aylarla davam edə bilər. Təlimə erkən və ya gec başlamaq uşaqda psixoloji problemlərin yaranmasına səbəb olur. Erkən təlimə başlamaq bu mərhələnin daha çətin keçməsinə, sidik və nəcisinin saxlanmasına gətirib çıxarır ki, bu da qəbizliklə, eləcə də, uşaqlarda özünəinamsızlıq kimi bir sıra psixoloji problemlərin yaranması ilə nəticələnir.
Uşağın tualet təliminə hazır olduğunu göstərən əsas əlamətlər özbaxım vərdişlərini yerinə yetirə bilməsidir.
- Əllərini yumaq
- Dişlərini fırçalamaq
- Oyuncaqlarını yığmaq
Əgər uşağınız sizin davranışlarınızı təqlid etməyi bacarırsa, əşyaları aid olduğu yerlərə qoya bilirsə, tualet təliminə marağı varsa, yeriyəbilir və ya istədiyində çömələ bilirsə, tualet ehtiyacının gəldiyini hiss edə bilirsə və.s kimi davranışları yerinə yetirə bilirsə bu halda uşağa tualet təlimini öyrətmək olar. Bu vərdişləri olmayan uşağı tualet təliminə məcbur etmək olmaz. Ümumiyətlə uşaqlara məcburi şəkildə təzyiq göstərərək bu vərdişi formalaşdırmaq düzgün deyildir. Tualet vərdişi yaratmaq üçün uşaqda ilk öncə bu anlayışı formalaşdırmaq, tualet otağını ona öyrətmək lazımdır. Buradakı əşyalarla onu tanış etmək lazımdır(suyun səsi, salfet və.s). İlk öncə uşağı karşoka öyrətməklə başlanıla bilər. Vərdiş etməsi üçün uşağı karşoka səhər yuxudan oyananda, yeməklərdən sonra və ya axşam yatarkən oturtmaq olar.
Bu dövr eyni zamanda nitqə yiyələndiyi dövrdür. Nitqə yiyələnmənin sensitiv dönəmidir. Anal dönəmdə təsviri fəaliyyət növü yaranır. Uşaqlar qələmi əlinə alıb cızma qarayla məşğul olurlar. Uşaqlarda obrazlı təfəkkür formalaşır. Təsvirlərlə, şəkillərlə ətrafı dərk etməyə çalışırlar. Digər bir məqam uşaqda mən konsepsiyasının yaranmasıdır. Uşaq özünü , öz cinsi kimliyini dırk etməyə başlayır yavaş yavaş.
2 yaş sindromu zamanı tərslik, ağlama, əsəbləşmə, vurma yaranır. Uşaqlar hərşeyləri özləri etmək istəyirlər. Neqativizm formalaşır. Emosiyalarını necə idarə edəcəyini bilmir. Buna görə isterik davranışlar formalaşır. Ağlayaraq tərslik edərək istədiyini əldə etməyə çalışırlar. Uşağa qarşı bu dövrdə məcburetmə, qadağalar çox olarsa qəbzlik yarana bilir.
Tags: psixoloq ülkər bağırzadə psixologiya merkezi psixologiya mərkəzi humel psixologiya mərkəzi uşaq psixoloqu uşaq psixologiyası anal dövr uşaqlarda tualet vərdişi
Write a comment