Uşaqlarda təşviş

Müəllif ( Rahidə Şahverdiyeva ) - 17 Oct 2023 405 0 şərhlər
Uşaqlarda təşviş

Uşaqlarda təşviş və narahatlıq

Narahatlıq və ya təşviş adətən mənşəyi bilinməyən qorxu kimi izah edilir. Təşvişli uşaq tez həyəcanlanan, tez əsəbiləşən, narahat və əsəbi uşaqdır. Məsələn, o davamlı olaraq düşünür “imtahanlarda çox əsəbi oluram”, "Həyəcanlanıram və bacarmıramsa, bunu müəllimimə və ailəmə necə başa salım?". Qaydalara əməl etməyə diqqət yetirir. Qəzəblənməkdən və tənqid olunmaqdan çəkinir.


Çünki o, çox emosionaldır. Xəstəxanaya və ya həkim müayinəsinə, dostun dəvətinə,  səfərə çıxanda çox həyəcanlanır və yerində otura bilmir. Bir sözlə, emosional reaksiyaları şişirdilmiş uşaqdır.


Bəzi uşaqlar həm narahat, həm də asılı olurlar. Bu cür uşaqlar, xüsusilə anasından asılıdır və anadan ayrı düşmək fikri belə uşağı narahat edir. Ona görə də anasının yanından ayrılmır. Anadan ayrı qalmaq belə uşaqları çox narahat edir. Küçədə dostlarla oynamaqdansa, anasının yanında olmaq istəyir. Həm asılı, həm də narahat olan uşaqlarda nizamsız yuxu ola bilər. Ümumiyyətlə ana ilə yatmaq istəyirlər. Təşviş bəzi hallarda davamlı və narahatedici dərəcədə ağır ola bilər. Uşaq üçünbu olduqca pis vəziyyətdir. Təşviş halında uşaq yorğun olduğunu, heç nə etmədiyini deyir. Bəzi hallarda o, tükənir və narahatlığa səbəb ola biləcək vəziyyətlərdən qaçır, uzaqlaşmaq istəyir.


Zaman zaman əks, bastırma və geriləmə kimi müdafiə mexanizmləri də meydana gələ bilər. Uşağın əsas ehtiyacları vaxtında və ardıcıl və demokratik şəkildə ödənilərək təşviş yaranmadan qarşısı alına bilər. Həm də ənənəvi uşaq tərbiyəsi üsullarımızın asılılığı artırdığını və təşəbbüsü məhdudlaşdırdığını unutmadan bu üsullardan imtina edilməlidir. Uşaq valideynlərin bir uzantısı deyil, müstəqildir fərddir.

Əgər narahatlıq çox şiddətli və davamlıdırsa, bir mütəxəssisdən kömək istənilməlidir.

 

Şərh yaz

Xəbərdarlıq: Şərh adı 3 və 25 simvol arasında olmalıdır!
Xəbərdarlıq: E-poçt ünvanı etibarsızdır!
Xəbərdarlıq: Şərh mətni 25 ilə 1000 simvol arasında olmalıdır!