+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

UŞAQLARDA QORXULAR

By Humel - 14 May 2022 1520 0 comments
UŞAQLARDA QORXULAR

UŞAQLARDA QORXULAR

Qorxuların bır sıra növləri vardır.

Real qorxular- dediyimiz qorxular bizi ətrafdakı təhlükələrdən qoruyan müdafiə reaksiyasıdır, hansi ki bu qorxular normaldır və bizi həyatda saxlayır. Sərbəst qorxular- konkret situasiyalarla bağlı qorxulardır.Hər hansı hadisədən sonra ortaya çıxır. Məsələn uşağın nə vaxtsa üstünə it hücum edibsə, uşaqda itə qarşı artıq qorxu formalaşır. Digər bir növ qorxu isə patoloji qorxu dediyimiz Fobiyalardır.


 Fərqli yaş dövrlərində fərqli qorxular ortaya çıxa bilir uşaqlarda. Qorxuların yaranma səbəbləri isə müxtəlifdir. İlk öncə qeyd etdiyimiz kimi konkret situasiya ilə bağli ola bilər. Liftdə qaldıqdan sonra uşaq artıq liftə minməkdən qorxa bilər. Digər bir səbəb ətraf mühitlə bağlıdır. Ailədə videynlər arasında yüksək səsli davalar uşaqlarda qorxu , həyəcan yarada bilər. Başqa bir faktor isə ətrafdan uşaqlara edilən təlqinlərdir. Hansi ki bəzən böyüklər özləri uşaqlarda" Ora getmə yıxılarsan" " Buna dəymə yanarsan" və.s kimi ifadələrlə qorxular yarada bilirlər. Başqa bir səbəb isə uşaqların öz fantaziyalarıyla bağlı onlarda yaranan qorxulardır.

Hər yaş dönəmində qorxular fərqli cür özünü göstərir

  • 0-3 arasında uşaqlar gözlənilməz səslərdən, tanış olmayan insanlardan, anadan ayrı qalmaqdan , çimməkdən və.s qorxa bilirlər
  • 3-5 yaş arasında qaranlıqda, valideynlərdən ayrı qalmaqdan, heyvanlardan qorxurlar
  • 5-7 yaş arasında məktəbə qarşı, qorxulu filmlərə, kitablara qarşı, qaranlığa, ruhlara qarşı qorxular yarana bilir.

Uşaqlarda qorxular ağlama, valideynlərə aşırı bağlılıq, valideynlərdən birinin daim onla qalmasını istəmək, narahatlıq bəzən də iştahsızlıq, yuxusuzluq, altını islatma kimi əlamətlərlə özünü göstərir

      Necə yanaşmaq lazımdır?

  • Valideynlər ilk öncə uşağın qorxularını rahat danışa bilməsi , nədən qorxduğunu, niyə qorxduğunu anlada bilməsi üçün şərait yaratmalıdır, uşağı dinləməyi bacarmalıdır
  • Qəti şəkildə uşaqların qorxuları zarafata salınmamalı, lağ edilməməlidir
  • Çox vaxt qorxular, bilgi əksikliyindən qaynaqlanır, uşaq bilmədiyi şeydən qorxur. Buna görə də uşağa qorxduğu obyekt yada hadisəylə bağlı doğru və aydın şəkildə, anlayacağı dildə izah verilə bilər
  • Qorxuları azaltmağın ən effektli yollarından biri də nağıllar və oyunlardır. Nağıllar və oyunlar vasitəsilə uşaqların qorxduğu obrazlara müsbət keyfiyyətlər yükləyərək, onları onun üçün gülməli və əyləncəli hala gətirə bilərik.


Valideynlər doğru şəkildə yanaşaraq bu qorxuların azalmağına yardımçı ola bilərlər. Bütün səylərə baxmayaraq uşağın qorxuları hələdə davam edirsə və həqiqətən onu narahat edəcək səviyyədədirsə mütəxəssisə müraciət etməkdə fayda vardır.

 

Psixoloq Ülkər Bağırazdə

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!