Uşaqlarda qəzəb

Müəllif ( Rahidə Şahverdiyeva ) - 31 Oct 2023 444 0 şərhlər
Uşaqlarda qəzəb

Uşaqlarda qəzəb
Duyğular içərisində ən rahat şəkildə ifadə olunanı məhz qəzəb duyğusudur. Lakin heç də hər zaman qəzəb duyğusu doğru şəkildə ifadə edilmir. Ümumiyyətlə bütün duyğuların və fikirlərin ifadə olunması uşaq yaşlarından öyrənilir . Uşaqlıq dövründə məhz qəzəb duyğusunu adlandırmaq və daha sağlam şəkildə ifadə etmək öyrənildikdə bu gələcəkdə yetişkin fərdlərin özlərini idarə etməsini təmin edir. Bunun üçün valideynlər uşaqların qəzəb partlayışları zamanı davranışlarını idarə etməyi kiçik yaşlardan uşaqlara aşılamalıdırlar.


Qəzəb duyğusu necə yaranır?
Qəzəb uşağın istəklərinin qarşısının alınması və ya səhv başa düşüldüyünü hiss etməsinin nəticəsində baş verən mənfi reaksiyalardır. Körpəlikdə qidalanma, təmizlik və yatmaq kimi əsas ehtiyaclar olur ki, bu ehtiyacların vaxtında qarşılanmaması ağlamaq, mübarizə aparmaq kimi qəzəb əlamətlərinə səbəb olur.


Valideynlər üçün ən narahatedici tərəfi isə uşağın başqalarının qarşısında qəzəbini oyuncaqlarını ataraq, qışqıraraq, vuraraq nümayiş etdirdikləri anlardır.
Bəzən , yəni 1 yaşdan 4 yaşa qədər uşaqlarda qəzəb partlayışlarının olması normaldır. Uşaq zamanla özünü ifadə etmənin başqa üsullarını öyrənməyə başladıqdan sonra davranışına nəzarət etməyə alışacaq.
Uşağın örnək götürdüyü böyüklər yəni valideynlər hadisələr qarşısında əsəbi, dağıdıcı, şişirdilmiş reaksiyalar göstərirlərsə uşaqlar da tez-tez oxşar davranışlar nümayiş etdirirlər.


Uşaqlar yaş xüsusiyyətindən asılı olaraq hadisələri qarşısında daha tez məyusluq yaşayır və bunu mənfi sözlər və davranışlarla ifadə edirlər.
Ailənin iqtisadi zəifliyi, alkoqolizm, fiziki qüsurlar, fiziki və cinsi istismar, ailə və dostlardan uzaqlaşma, ailə daxilində daimi gərginlik və narahatlıq uşaqlarda qəzəb partlayışlarına səbəb ola bilər.


Uşaqların qəzəb partlayışları zamanı nə etmək olar?


Uşaqlarda görülən bu qəzəblənmələrin qarşısını almaq üçün qeyri-real gözləntilərdən qaçmaq lazımdır. Uşaq nəzarəti itirərək qəzəbli davrananda ona məhəl qoymadıqda, biz xoşagəlməz davranışın sönməsini təmin edirik.Ətraf mühitdən uzaqlaşmaq edilə biləcək ən yaxşı hərəkətlərdən biridir ki,bu uşağa nəzarət etmək imkanı verir.


Həm uşaq, həm də valideynlər sakitləşdikdən sonra qəzəbi yaradan amillərdən danışılmalı, müzakirə edilməli, uşağın əsas ehtiyacları vaxtında və adekvat şəkildə ödənilməlidir.
Uşaq fikir ayrılıqlarını, mübahisələrini qəzəblənmədən həll etdikdə mükafatlandırılmalıdır.

 

Şərh yaz

Xəbərdarlıq: Şərh adı 3 və 25 simvol arasında olmalıdır!
Xəbərdarlıq: E-poçt ünvanı etibarsızdır!
Xəbərdarlıq: Şərh mətni 25 ilə 1000 simvol arasında olmalıdır!