+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Uşaqlarda inadkarlıq

By Rahidə Şahverdiyeva - 27 Nov 2023 683 0 comments
Uşaqlarda inadkarlıq

Uşaqlarda inadkarlıq.


İnadkarlıq uşağın inkişafının bəzi dövrlərində ortaya çıxan bir xüsusiyyətdir. İnsanın aydın və qəbul edilmiş səbəb olmadan bir hadisə və ya hərəkətdə israr etməsi inadkarlıq adlanır. Uşaq öz varlığının fərqinə vardığı dövrlərdən başlayaraq ətrafına bunu qəbul etdirməyə çalışır. Ətraf mühitdən gələn stimullara müqavimət göstərir. Bu dövr təxminən 18 aydan başlayaraq 4 yaşa qədər davam edir. Bu yaşda görünən inadkarlıq normal inkişaf xüsusiyyəti hesab olunur.


Uşağın ətrafında olan böyüklər uşağın inadkar davranışına inadla cavab verərək uşağın müqavimət gücünü qırmağa çalışması düzgün deyil. Bu münasibət uşaqda normal inkişaf xüsusiyyəti olan inadkarlığın şəxsiyyət xüsusiyyəti kimi formalaşmasına səbəb ola bilər. İnadkar uşaq aqressiyasını passiv müqavimətlə ortaya qoyan uşaqdır.

İnadkarlıq uşağın gərgin mühitdə olmasının və gərgin ana-uşaq münasibətlərinin nəticəsidir. 0-2 yaş dövrü ərzində tualet təlimi və ya qidalanma ilə bağlı ananın təkidli davranışı passiv müqavimətə səbəb olur. Ana və uşaq arasındakı bu gərginlik getdikcə daha çox sahələrə yayılır və inadkar bir şəxsiyyət meydana çıxır.
Bəzən xüsusilə işləyən anaların uşaqları analarından ayrılmaq istəmirlər və ya axşam evə gələndə diqqət cəlb etmək üçün inadkarlıq edirlər.


Qəbul edilməli olan ən vacib məqamlardan biri də uşaqların böyüklərdən fərqli olmasıdır. Uşaqlar ətraf mühiti , hadisələri yetkin insanlardan daha fərqli şəkildə qavrayırlar. Ona görə də valideynlər onların fərqli fikirlərinə hörmət etməli və lazımsız inadkarlıq göstərərək uşağa yanlış rol model olmamalıdır.


Uşaqlardan gözlənilən davranışlar aydın və başa düşülən şəkildə izah edilməlidir. Məsələn, "Alış-veriş üçün çölə çıxanda məndən çox şey istəməyin məni kədərləndirir, ona görə də səninlə getmək istəmirəm. "Mən bu gün sənin üçün yalnız kiçik bir şey ala bilərəm, xahiş edirəm, daha çoxunu istəmə." İnadkarlıq zamanı uşağın diqqətini başqa istiqamətlərə yönəltmək lazımdır. Uşağın arzuları, o, inadkarlaşanda yox, normal davrananda yerinə yetirilməlidir. Uşağın hər davranışına müdaxilə etmək, çox gileylənmək, “bibisi, atası kimi inadkardır” demək, bacı-qardaşları etiketləmək və ayrı-seçkilik etmək də inadkarlığa səbəb olacaqdır. Ona görə belə davranışlardan uzaq durmaq lazımdır.
 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!