Valideyinlərin uşaqlarını tərbiyə edərkən qarşıladığı ən çətin problemlərdən biri evdə qaydalara əhəmiyyət verməyən sözə qulaq asmayan övladlarının inadkar davranışlarıdır. Görəsən bu inadkar davranışlar normal inkişaf dövrünə aiddir yoxsa davranış probleminə çevrilib? İnadkarlıq emosional inkişafın nəticəsidir.
Bu inadkarlıq dövrü 2-4 yaş arası uşağın tez tez israr etdiyi zaman-zaman bir iş görmək üçün ağladığı bir dövrüdür. 18 aya qədər valideynlərinin dediklərini qəbul edən uşaq fərd olduğunu anlayır və özünü sübut etməyə çalışır. Bu dövrdə uşaqlar valideynləridən ayrılmaq narahatlığı yasayır, digər tərəfdən yeni şeylər kəşf etməyə başlayır. Çox şeyi təkbaşına edə biləcəyini dərk edən uşaq öz bacarıqlarını sınamaq, ətrafını araşdırmaq üçün valideynlərinə qarşı çıxır, digər tərəfdən onların güvəninə ehtiyac duyur. Valideynlər üçün çətin olan bu dövrdə uşaq şəxsiyyəti üçün lazım olan əhəmiyyətli qazanclar əldə edir. Bu zaman uşağın hisslərini anlamaq daha vacibdir.
Bu dövrdə artıq uşaq düşüncələr və hadisələr arasında əlaqə yaratmağa başlayır. Bu zaman uşaq anlayır ki onun hər istədiyi heç də həmişə gerçək olmur. Bu dövrdə əsas məsələ valideyninin sakit ola bilməsidir. Valideynlərin sakit qaldığını görən uşaq özünü təhlükəsiz hiss edir. Əgər uşaq qəzəbli davranış göstərərsə uşaq bunu nümunə götürür. Uşağa qadağalar qoymaq əvəzinə qaydalara əməl etdikdə mükafatlandırmaq uşağın davranışını gücləndirməyə kömək edəcək. Valideyinlərin ailədə hər kəsin əməl etdiyi qaydalar haqqında ümumi dildən istifadə etməsi vacibdir.
Uşaq bu müddət ərzində sərhədləri öyrənməsə gələcəkdə qaydaları qəbul etməkdə çətinlik çəkə bilər. Valideynlərin uşağın istəklərinə zidd davranışları gələcəkdə uşağın davranış pozğunluqları göstərməsinə səbəb olur.
Uşaqlarda inadkar davranışlar göstərməsinə səbəb olanlar:
- Tualet təlimi zamanı çətin bir proses yaşamaq.
- Yeməkdə uşağa həddindən artıq yükləmək olmaz.Məsələn səhər yeməyinə qalxmaq istəməyən uşağın üzərində dayanıb “gəl, səhər yeməyi hazırdır” deyə israr etməyə ehtiyac yoxdur. Əslində səhər yeməyini birlikdə hazırladığınızı ona çox gözəl edəcəyinə inandığınızı deyə bilərsiniz. “Görəsən biz
- birlikdə nə edə bilərik”kimi maraq və istək oyadan şəkildə danışa bilərsiniz.
- Qardaş(bacı)qısqanclığı, qardaşını(bacısının)ondan çox sevildiyini düşünmək.
Əgər inadkar davranış hər cür müsbət yanaşmalara baxmayaraq düzəlməzsə, bu, uşaqda psixi vəziyyəti göstərə bilər. Ruhi travmalar, depressiya, narahatlıq pozuqluğu kimi vəziyyətlər uşaqlarda inadkar davranışlara səbəb ola bilər. Bu vəziyyətdə mütəxəssisə müraciət etmək lazımdır.
Psixoloq İlahə Cəlilli
Tags: Psixoloq İlahə Cəlilli uşaq psixoloqu uşaqlarda inadkarlıq uşaqlarda psixoloji problemlər uşaq psixologiyası psixologiya merkezi psixologiy mərkəzi Humel psixologiya merkezi Humel psixologiya mərkəzi
Write a comment