Uşaqlarda dırnaq yemə vərdişinin əsasında dayanan bir çox amillər vardır. Dırnaq yemə bir davranış pozuntusu kimi qiymətləndirilir. Dırnaq yemə əsasən uşağın 3-4yaşında ortaya çıxan bir problemdir. Aşırı həssas , özünəqapalı, problemlərini valideynləriylə paylaşa bilməyən , gərginlik keçirən uşaqlarda dırnaq yemə görünür.
Uşağın qorxu, etibarsızlıq, stress, həyəcan vəziyyətlərinə məruz qalması, qaygı və narahatlıq, dəyərsizlik, ətrafındakıların marağını itirmək qorxusu uşaqda dırnaq yemə vərdişinə səbəb ola bilir. Eyni zamanda ailədə daxilində zorakılıq və münaqişələr, uşağa çox təzyiq olunması, davamlı olaraq tənqid edilib günahlandırılması, qısqanclıq, valideynlərindən kifayət qədər sevgi və diqqət görə bilməməsi də dırnaq yemə probleminə gətirib çıxaran səbəblərdir.
Bütun bunlarla yanaşı ailədə və yaxın ətrafda dırnaq yeyən birinin olması , uşağın onu təqlid etməsidə bu vərdişi yarada bilər uşaqlarda. Problemi aradan qaldırmaq üçün valideyn uşağa cəza verməməli və bu vərdişi uşağın yanında söhbət mövzusuna çevirməməlidir. Bəzən videynlər uşağı bu davranışdan aralamaq üçün onun barmaqlarına acı bibər sürtmək kimi yalnış üsullardan istifadə edirlər. Uşağı zorla bu vərdişdən çəkindirmək istədikdə o bunu gizli etməyə başlıyır
İlk öncə davranışın səbəbini müəyyənləşdirməliyik. Fərqli fəaliyyətlərlə , tapşırıqlarla diqqətini başqa istiqamətə yönəltmək lazımdır. Uşağa bu vərdişin onun sağlamlığına ziyan verdiyini uyğun bir tərzdə başa salmaq da faydalıdır. Əgər uşaq dırnaq yeməklə valideynlerinin diqqətini çəkməyə çalışırsa, o zaman valideyn çalışmalıdır ki. ona fikir verməsin. Görülən bütün tədbirlərə rəğmən uşaq hələdə dırnaqlarını yeyirsə , uşaq psixoloquna müraciət etməyiniz məqsədəuyğundur.
Write a comment