+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Uşaqlarda 2 yaş sindromu

By Humel - 12 Sep 2022 2392 0 comments
Uşaqlarda 2 yaş sindromu

Körpəlik dönəmindən uşaqlıq dönəminə ilk addımların atıldığı 1,5 ilə 3 yaş arasında görülən 2 yaş sindromu bütün sağlam uşaqlarda olması gözlənən psixoloji inkişafın bir parçasıdır. Hələ dil inkişafı, ünsiyyət bacarıqları tam inkişaf etməmiş olan uşaqların bu dönəmdə inadkarlıq, sinir krizləri, aqresiv davranışlar, tərslik, hərşeyi özü etmək istəmək, hərşeyə yox demək, qışqırma , istədiyini əldə edənə qədər ağlamaq kimi davranışları ortaya çıxır. Ana atanın kontrolundan çıxıb öz mənliyini isbat etməyə çalışan uşaqlar bu dönəmdə özlərini bütün dünyaya sübut etmə çabasında olurlar.


Uşaqların aqressiv və inadkar davranışları ilə qarşılaşan valideynlər uşağın ərkəsöyünləşdiyini yada gərəksiz kaprizlər etdiyini düşünərək əsəbləşə bilirlər. Və bu zaman uşaq getdikcə daha çox valideynə tərslik göstərir. Bu durum valideynlərə heç keçmiyəcək bir müddət kimi yada uşağın xarakterinin bir parçası kimi gəlsədə tamamilə keçici bir dönəmdir.


Mənlik şüurunun təməlinin yavaş yavaş formalaşmağa başladığı bu dönəmdə, özünün ayrı bir fərd olduğunun fərqinə varan uşaq varlığını bütün çevrəsinə sübut etməyə çalışır. 2 yaş dönəmində sağlam bir şəkildə inkişaf edən uşağın hərşeyə yox deməsi, aqresiv davranışlar sərgiləməsi, tərslik etməsi son dərəcə normal bir vəziyyətdir.
2 yaş sindromu uşaq 2 yaşına girəndə başlayan və 3 yaş, 3 yaş yarıma qədər davam edən bir durumdur. Uşaq artıq 4 yaşına gəldikdə isə , özünü ifadə etmək, valideynlərinin yada ətrafdakıların dediklərini qavramaq ,onun üçün bəlirlənmiş qaydaları anlamaq və onlara əməl etmək üçün yetərli dil və motor bacarıqlarına sahib olur.
Önəmli məsələlərdən biridə budurki, bu dönəmdə valideynlər uşaqlara necə yanaşmalıdır?

 

  •  Uşağınızın bu davranışlarının normal inkişafın bir parçası olduğunu və olduqca normal bir dönəm yaşadığınızı unutmayın
  •  Uşaqla inadlaşmamağa çalışın. İnadlaşmaq həm uşağın həm valideynin aqresiyasını artırır
  •  Çox qatı qayda qanunlarla tərbiyə verməkdən qaçının. Qoyduğunuz qayda qanunlar uşağın yaşına uyğun və onun üçün anlaşılan olmalıdır
  •  Tək başına, özünün edə biləcəyi şeyləri siz onun üçün etməyin, birşeyləri tək başına edə bilməsi üçün ona şərait yaradın
  •  İsrarla birşeyi almaq yada etmək üçün ağlıyırsa , yetər ki, sussun düşüncəsiylə istədiyi şeyi etməyin. Sakitləşənə qədər gözləyin və sonrasında niyə etmədiyinizi onun anlayacağı dillə ona izah etməyə çalışın. Ağlayaraq bir şeyi əldə etmək istədikdə , istədiyini ona versəniz, ağlayaraq hərşeyi əldə edə biləcəyini ona öyrətmiş olarsınız.
  • 2-3 yaş uşağın sorğulama dönəmidir. Bu nədir?, Niyə?, Nə üçün?, suallarını bezmədən davamlı şəkildə valideynə verirlər.Nə qədər yorğun olursanız olun çalışın uşağın suallarını cavabsız qoymayın , onu danlamayın. Bunun yerinə çox yorğun olduğunuzu və suallarını biraz dincəldikdən sonra cavablandıracağınızı ona izah edin
  •  Sizlə inadlaşdıqda, tərslik etdikdə, diqqətinə başqa yönə çevirərək vəziyyəti idarə edə bilərsiniz
  •  Uşağa qarşı işlətdiyiniz “yox”, “olmaz” sözlərini mümkün qədər azaldın.Yox demək yerinə uşağa mütləq alternativlər təqdim edin. (İndi oyun oynamaq üçün parka gedə bilmərik, çox qaranlıqdı onun yerinə otağında birlikdə oynaya bilərik)


 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!