+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Uşaqlara ölümü necə izah edək?

By Humel - 24 Aug 2022 1041 0 comments
Uşaqlara ölümü necə izah edək?

Ölüm haqqında danışılması ən çətin məsələlərdən biridir.  Amma yaşamın, gerçəkliyin ayrılmaz bir parçası olduğu üçün haqqında danışmamaq və ya düşünməmək mümkünsüzdür.

Uşaqlar da həyatlarının müəyyən bir hissəsində ölümlə qarşılaşırlar, bir şəkildə bu anlayışı öyrənirlər. Kimi uşaq yaxınlarında, qohumlarında kiminsə öldüyünü görür, kimisi televizorda ölümlə bağlı xəbərlər eşidir, kimisi çöldə hansısa heyvanın və ya bitkinin öldüyünü görür.

Ümumiyətlə uşaqlar 6 yaşına qədər ölüm anlayışını dərk etmirlər. Ölən insanın artıq yaşamadığı, nəfəs almadığı, qidalanmadığını, hərəkət etmədiyini qavraya bilmirlər. 6-7 yaşına gəldikdə isə yavaş yavaş ölümü, ölümün bir son olduğunu dərk etməyə başlayırlar. Və bu zaman tez tez valideynlərinə ölümlə bağlı suallar verirlər. Bəzən valideynlər bu suallardan qaçır cavablandırmır ya da “onsuzda uşaqdı hələ analamır” deyərək bunu uşağın öz alqısına buraxırlar. Bu doöru bir yanaşma deyildir. Çünki bilinməyənin qorxusu gerşəkləri qarşılamaqdan, onu öyrənməkdən daha çətindir. İstər uşaq olsun istər böyük, insan hər zaman bilmədiyindən qorxur, haqqında məlumatı olmayan şey onu narahat edir, həyəcanlandırır. Buna görə də uşaqların bu mövzuda suallarına düzgün bir şəkildə, doğru yolla cavab vermək, izah etmək çox önəmlidir.

Bəzən valideynlər uşaqların ölümlə bağlı suallarına cavab verərkən yada kiminsə öldüyünü uşağa izah edərkən “ölüm”, “ölmək” kəlimələrini istifadə etməyə çəkinirlər. Bunun yerinə “vəfat etdi”, “uzaqlara getdi”, “dərin bir yuxudadır”, “göylərdədi ordan bizə baxır” kimi ifadələrdən istifadə edir. Bu kimi ifadələr uşaqlara tam anlamıyla başa düşə bilmədikləri kimi eyni zamanda uşaqda bəzi narahatlıqlar, qorxular yarada bilir. Kiminsə uzaqlarda olduğunu demək uşağı bir gözlənti içinə salır və o ölən insanın nə vaxtsa geri qayıdacağını düşünür. Və yaxud ölən insanın uzun müddətli bir yuxuya getdiyini dedikdə uşaqlarda yuxuya, yatmağa qarşı qorxu yarana bilir. Və yaxud da ölən insanın göydən onu izlədiyini demək onda həyəcan, qorxu yarada bilər. Ona görə bunu uşağın yaşını da nəzərə almaqla düzgün şəkildə ona izah etmək lazımdır. Bu şəkildə izah verilə bilər:” Hər bir canlı yaşadığı müddətdə dəyişir,inkişaf edir, böyüyür. Dünyadakı hər bir canlının istər insan, istər heyvan, istərsə də bitki- hər birinin bir yaşam müddəti var və bu yaşam müddəti bitdikdə, müəyyən bir müddət sonra canlılar ölür. ”Ətrafında sevdiyi, güvəndiyi insanı itirdikdə “Biz artıq onu görə bilməyəcəyik, amma ona olan sevgimizi hər zaman hiss edəcəyik, nə vaxt istəsən onla bağlı danışa bilərik, şəkillərinə baxa bilərik.”

Digər bir halda uşaqlara ölümü izah edərkən onu qocalıqla, xəstəliklə əlaqələndirmədən izah etməyimiz daha yaxşı olar. Çünki kiminsə qocaldığı üçün öldüyünü dedikdə uşaq ətrafındakılar, nənəsi , babası üçün qorxa, həyəcan keçirə bilər. və yaxud kiminsə xəstələndiyi üçün öldüyünü dedikdə, bunla bağlı təşviş hissi yarana bilər. Hər dəfə xəstələndikdə öləcəyini düşünə bilər. Bəzi hallarda isə valideynlər öz şəxsi dini inanclarından yola çıxaraq uşaqlara izah edirlərki,”O, çox yaxşı insanıydı , ona görə Allah onu yanına aldı.” Bu zaman uşaq sevdiyi insanı ondan aldığı üçün Allaha qəzəblənə, hətta qorxa bilər.

Bəzən uşaqlar yaxınını itirdikdə bunun üçün üzüldükdə və ya ağladıqda valideynlər qeyd edirki,” Bax o göydən bizi izləyir sənin ağladığını görsə çox üzülər. yada ki valideynlər özləri uşaqlar pis olmasın deyə onların yanında ağlamırlar, duyğularını uşaqla bölüşmürlər. Bu düzgün bir yanaşma deyildir. Uşağın həmin anda duyğularını, kədərini , üzüntüsünü paylaşacaq birinə ehtiyacı vardır. Uşağın öz duyğularını, fikirlərini paylaşması, bölüşməsi üçün ona şərait yaratmaq lazımdır. Ölən adan üçün ağlamaq, darıxmağın zəiflik olmadığını ona izah etmək lazımdır. Və bu dönəmdə təmas çox önəmlidir, uşağı qucaqlamaq, onunla birlikdə vaxt keçirmək mühümdür. Mümkün qədər uşağın əvvəlki rutininə qayıtmasını təmin etmək lazımdır. Həyatına qaldığı yerdən davam etdiyini görmək uşağa güvən verəcəkdir.

Bəzi hallarda uşaqlar ətrafında baş verən hadisələrdən özlərini günahkar bilirlər.Xüsusilə də ölən insanla nə vaxtsa üzücü bir xatirəsi olubsa yada onu üzübsə. Buna görədə bunu uşağa izah edərkən heçkimin ölümünün onla bir əlaqəsi olmadığını ona izah etmək lazımdır.

Sevdiyi bir yaxınını itirdikdə, uşaqlarda aqresiya yarana bilir, özünəqapanma, dırnaq yemə, barmaq sorma, yuxu problemləri, yemə problemləri, altını islatma vəs yarana bilir. əgər valideynlər bu dönəmi çətinliklə ataldırlarsa vı uşaqda bu qeyd etdiyimiz problemlər ortaya çıxırsa tez bir zamanda mütəxəssisə müraciət etməkdə fayda var.

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!