+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Uşaqlar və cəzalar

By Humel - 30 Aug 2022 1097 0 comments
Uşaqlar və cəzalar

Uşaqlar və cəzalar

Valideyinlərin əsas məqsədi övladlarına ən yaxşı şəkildə təhsil vermək və onları həyata ən yaxşı şəkildə hazırlamaqdır. Bunun üçün valideynlər uşaq psixologiyasında cəzanın yerini yaxşı bilməlidirlər. Cəza arzuolunmaz davranışı dəff etmək üçün nəzərdə tutulan itələyici metodur. Bir davranışa görə uşağı cəzalandırıldıqda, uşaqda başqa bir arzuolunmaz davranış yarana bilər.

Məsələn, uşaq cəzadan yayınmaq üçün yalan danışa bilər. Uşaq tərbiyəsində verilən cəza və mükafatların eyni dərəcədə olması mühüm yer tutur. Ailələrin bəziləri tamamilə cəzalandırılaraq səhvlərə yol verir ,bəziləri ümumiyyətlə heç bir cəza verməməklə fəxr edir. Cəza və mükafat uşaq tərbiyəsində öz yeri olan lakin vaxtında və dozada tətbiq edilməli olan üsullardandır. Cəza, uşağın yaşına və vəziyyətinə uyğun olmalıdır. Yaşı qədər otağında qalmaq, evinizin bir küncündə düşünmə kreslosu deyilən kreslo qoymaq və onun davranışını orada düşünmək kimi cəzalar verilə bilər. Uşağa cəza tətbiq edərkən göz təması qurmadan yanında durmaq lazımdır. Cəza müddəti bitdikdən sonra uşağa cəza verilmə səbəbini təkrarlamaq və ondan üzr istəməsini xahiş etmək və bir daha bu davranışı etməməsini bildirmək lazımdır.

Valideyinlərin cəza əvəzinə uşağa tətbiq edəcəyi sağlam intizam üsulu uşağı sevdiyi bir oyuncaqdan və ya sevdiyi bir oyundan məhrum etməkdir. Ancaq bunu edərkən uşağın duyğularını deyil də yalnız davranışını əsas götürərək etməlidirlər. Valdeyinlər uşağı cəzalandırmazdan əvvəl uşağın niyə bu davranışı etdiyini soruşmalıdırlar. 

Cəza ilə yanaşı valideyinlər uşaqlarını tərbiyə edərkən mükafatlardanda istifadə edə bilərlər. Mükafatlar sadəcə maddi mükafatlar deyil də həmçinin qucaqlamaq kimi mənəvi mükafatlarda ola bilər. Mükafat artıq edilməli olan bir işdə yaxşı iş görən zaman verilməlidir. Bununla belə çox vaxt uşağın öz məsuliyyəti olan mükafat deyil rüşvət olan bir işi görməsinə stimul kimi istifadə olunur. Məsələn, dərsini oxumaq və ev tapşırığını yerinə yetirmək uşağın əsas vəzifəsidir.

 Təhsil amaq üçün heç bir mükafat verilmir. Döymək heç vaxt cəza vasitəsi kimi istifadə edilməməlidir. Əslində, zorakılıq acizliyin və yetərsizliyin ifadəsidir. Uşağa fiziki ağrı verilməməlidir. Uşaq öhdəsində olan bir şeyi yerinə yetirmədikdə, ilk növbədə ona xəbərdarlıq edilməlidir.Uşağa cəzanın səbəbi izah edilməlidir. Uşaq nəyi səhv etdiyini, niyə səhv etdiyini və niyə cəzalandırıldığını bilməlidir. Cəza qərar verildikdən və deyiləndən sonra onu geri qaytarmaq olmaz. Mükafat və cəza sisteminin düzgün tətbiq olunmaması, həddini bilməyən, diqqətsiz və qəzəbli uşaqlar yaradır. Mənəvi cəhətdən sağlam olmayan, sosial cəhətdən uyğun olmayan nəsillər bunun nəticəsidir.

 

Psixoloq İlahə Cəlilli

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!