+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Uşağına zərər verən valideyn davranışları

By Sevil Bağırova - 26 May 2023 946 0 comments
Uşağına zərər verən valideyn davranışları


Uşağına zərər verən valideyn davranışları


Valideynlərin davranışı, böyümə və inkişaf dövründə uşaqlar üçün ən istiqamətləndirici şeylərdən biridir. Uşaqların xarakterləri valideynlərin onlara olan münasibəti əsasında formalaşar. Uşaqların böyümə dövründə valideynlərin xüsusi diqqət yetirməli olduğu bəzi fiziki və psixoloji həssas məsələlər olsa da, bir çox valideyn uşağı ilə münasibətdə bu zərərli davranışları sərgiləyər:


1. Sağlam olmayan müqayisələr apararlar- "Niyə sən qardaşına/əmioğluna/o dostuna oxşamırsan?" “Dostların səndən yaxşıdır” “Kaş ki, onun anası/atası olaydım” Bu cür müqayisələr uşağın özünə inamını zədələyər və nə etsə də, heç vaxt yetməyəcəyini düşünməsinə səbəb olar.


2. Standartları yüksək olar və bəzən də öz xəyallarını uşaqlarının həyata keçirməsini istəyərlər- Bu valideynlər öz doğrularına inandıqları və hər şeyi mükəmməl etdiklərini düşündükləri üçün uşaqlarından bu standartlara uyğun davranmalarını gözləyərlər.


3. Bütün məsuliyyəti öz üzərlərinə götürərlər- Bu valideynlər övladlarının yetkin olsalar belə düzgün qərarlar verə biləcəyinə inanmırlar, onlar daim öz doğrularını qəbul etdirməklə övladlarının həyatını sorğulayır, mühakimə edir və idarə etməyə çalışırlar. Bu uşaqlar hansı qərarı versələr də, qəbul edilməyəcəklərini bilərək, ya gizli gedirlər, ya da tamamilə itaətkar və asılı vəziyyətə düşürlər.


4. Tərk etməklə hədələyərlər- “Səni atıb gedəcəm.” “Bir gün oyanıb məni tapmayacaqsan”. “Yox olmaq istəyirəm” “Qaçmaq istəyirəm” Bu cür cümlələr uşağın sevdiyi insan tərəfindən tərk edilməsi ilə bağlı narahatlığına səbəb olur. Bu inanc beyinlərinə həkk olunar və yetkin olduqlarında ətraflarındakı insanlara güvənməkdə çətinlik yaşayıb, hər an tərk edilə biləcəklərini düşünərlər.

 

Psixoloq Sevil Bağırova
 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!