+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Travmalı insanlar

By Humel - 28 Oct 2022 1043 0 comments
Travmalı insanlar

Travmanız olduğunu göstərən davranışlar

Bəzən sevdiyimiz birinin ölümü, dəyər verdiyimiz bir münasibətin sonlanması, keçirdiyimiz bir qəza, xəstəliklər və s. kimi yaddaşdan silinə bilməyən ağır hadisələr bizlərdə qorxu, çarəsizlik, gücsüzlük hisslərini ortaya çıxarır. Bu cür hadisələrə travmatik hadisələr deyirik. Bəzən belə travmatik hadisələrdən sonra şəxslər heç bir şey olmamış kimi davranır və ortaya çıxan mənfi hisslərlə başa çıxa bilmədiklərini gördükdə bu hissləri basdırmağa çalışırlar. Nəticədə travmanın fərqinə varmaq çətinləşir.

Bəs sizdə basdırılmış, göz ardı edilmiş travmanın varlığını necə aydınlaşdıra bilərsiniz?

Hər şeyi planlamaq:

Kontrola olan bu ehtiyacınız keçmişdə baş vermiş və bu zaman özünüzü çarəsiz hiss etdiyiniz travmatik hadisənin izləridir.

Uğursuz olmaqdan qorxmaq:

Əgər bu hərəkətə keçmənizi əngəlləyirsə, fürsətləri geri çevirməyinizə səbəb olursa artıq sizə zərər verir deməkdir. Bunun nəticəsində hətta iş həyatınızdakı yaradıcılığınızı da itirə bilərsiniz. Uğursuzluq qorxusu çox vaxt bərabərində mükəmməliyyətçilik və özgüvən problemlərini də özü ilə gətirir.

Uğurlu olmaqdan qorxmaq:

" Uğurlu olsam və nəticədə həyatım dəyişərsə nə olacaq?" qayğısı travmatik hadisə nəticəsində yaranır. Bilinməzlik qorxusu, komfort zonadan çıxmaq istəməmək bu qayğının təməlində duran səbəblərdəndir.

Keçirdiyiniz mənfi hadisəni xatırladan şeylərdən qaçmaq:

Bəzən bir video, bəzən bir şəkil, bəzən bir musiqi sizdə mənfi hisslər oyada bilər və keçmiş təcrübənizdəki mənfi hadisəni sizə xatırlatdığı üçün həmin yerdən uzaqlaşmaq istəyi əmələ gələ bilər. Və ya yaxınlarınızla söhbətləşərkən mövzunun həmin hadisəyə tərəf getməsi zamanı sizdə yaranan narahatlıq hissi, mövzunu dəyişmək istəyi də travmanız olduğunun bir göstəricisidir.

Pozitiv dəyişimlərə qarşı olmaq:

Həyatınızda yaxşı bir şeylər olduğunda, həyatınıza yeni biri girdiyi zaman ilk davranışınız şübhə etmək, güvənsizlik hiss etməkdirsə, hətta öz uğurlarınızı qeyd edərkən dərindən gələn günahkarlıq hiss edirsinizsə, travmanız olma ehtimalı yüksəkdir. Müsbət dəyişiklikləri qəbul etməmək xoşbəxtliyə layiq olmadığını düşünməkdən irəli gələ bilər.

Travmalar sadəcə böyük hadisələrlə bağlı yaranmır, həmçinin xırda hadisələr də insanlarda qalıcı izlər buraxa bilir. Travmaların üzərində çalışılmadıqca daha da dərinlərə enib kök atmağa başlayır. Halbuki onları göz ardı etmədən həll etdikdə daha yaxşı hiss edəcəksiniz.

 

Psixoloq Zöhrə İslamzadə

 

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!