+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Travma nədir?

By Humel - 5 Sep 2022 943 0 comments
Travma nədir?

İnsanları qorxudan, çarəsizlik yaradan, çox vaxt gözlənilmədən ortaya çıxan hadisələrin insana təsiri travma adlanır. Zamanla hər birimiz travmatik hadisələrə qarşılaşırıq. Lakin bir müddət sonra həmin travmalar keçir, normal həyatımıza geri dönürük. Ancaq elə insanlar var ki, travmadan aylar, illər keçsə belə travmayla əlaqəli hədsiz stress halında olur. Çünki travma hər kəsə eyni cür təsir etməz. Məsələn bəziləri bu hadisələri normal qəbul etdiyi halda digərlərində ciddi dəyişikliklər yarada bilər.

Belə insanlarda bu kimi əlamətlər müşahidə olunur:PTSP nin klinik simptomlarına bunlar daxildir

1."Flashback"lər (hadisələrin sanki gerçəklikdə baş verməsinə bənzəyən parlaq təssüratlar )

2.Qorxulu yuxu görmələr

3.Güclü və emosional reaksiyalar

4.Gələcəklə bağlı plan qura bilməmək 

5.İnsanların onu və yaşadıqlarını anlamadığını başa düşmək

Belə bir vəziyyətdə isə posttravmatik stress pozuntusundan bəhs edə bilərik .Posttravmatik stress pozuntusu bir və ya bir neçə son dərəcə təhlükəli və ya fəlakət xarakterli stress hadisəsi və ya vəziyyəti nəticəsində inkişaf edir. Posttravmatik stress pozuntusu ümumiyyətlə, həyat keyfiyyətini aşağı salan  problemdir. İlkin dönəmlərdə, müharibədən sonra əsgərlərdə müşahidə olmasına baxmayaraq təyyarə qəzaları, boşanma halları, imitahandan kəsilmə, təbii fəlakətlərdən (zəlzələ, sel …) sonra da müşahidə edilir. Qeyd etdiyim kimi, müharibədən sonra müharibə iştirakçılarının bir qismində posttravmatik stress pozuntusu yaranır. Bunun səbəbi müharibə zamanı insanın keçirdiyi aşırı stress, qorxu, həyəcanın  sinir sisteminə olan təsiridir. Bu pozuntu çox ağır nəticələrə, o cümlədən intihara səbəb ola bilər.

Postravmatik pozuntusunun qurbanları mütləq şəkildə ixtisaslaşmış psixoloji yardım almalıdır. Bütün müalicə yanaşmalarında olduğu kimi PTSP-nun terapiyasında məqsəd əlamətlərin aradan qaldırılmasıdır. PTSP-nin müalicəsində psixoterapiyanın təməl daşı olduğunu ifadə edən  tədqiqatçılar medikamentoz müalicə ilə autonomik cavabı (bədənin o sırada göstərdiyi istəksiz reaksiyaları) nəzarət altına alaraq müalicənin gücləndiyini ifadə edir.

Bir çoxları sual verirlərki,xəstəliyin müalicəsi neçə müddət aparılır və müsbət nəticə nə zaman alınır? Qeyd edim ki, hərbiçilərə, əsgərlərə, onların ailələrinə və müharibədə xəsarət almış vətəndaşlara psixoloji yardım müxtəlif müddətlərdə göstərilir. Müddətindən asılı olaraq təcili, qısa müddətli, uzun müddətli psixoloji yardım növləri mövcuddur. 

Xəstənin stabilizasiya üçün (əlamətlərin ortadan qalxması) uzun müddət terapiyaya ehtiyacı var. Nəzərinizə çatdırım ki,posttravmatik stress pozuntusu olan şəxs ətraf çevrəsinə və ailəsinədə mənfi təsir göstərə bilər. Buna görə də vaxtında psixoloqa müracət olunmalıdır.

Psixoloq Nərmin Məmmədova

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!