+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Stress nədir?

By Humel - 19 Dec 2022 5588 0 comments
Stress nədir?

Stress nədir?
Stress orqanizmin gərgin vəziyyətə reaksiyasıdır. Bu zaman beynin göndərdiyi siqnalların nəticəsində ifraz olunan külli miqdarda hormon bütün orqanizmdə dövr edir. Ürək döyüntüləri artır, qan təzyiqi yüksəlir, tənəffüs tezləşir, əzələlərdə gərginlik yaranır. Stresli vəziyyət keçib-getdikdə orqanizmin fəaliyyəti normallaşır.

MÜSBƏT VƏ MƏNFİ STRESS
Stress orqanizmin çətin, yaxud təhlükəli vəziyyətlərə qarşı durmaq üçün təbii reaksiyasıdır. Reaksiya beyində başlayır. Müsbət stress insanı dərhal hərəkətə keçməyə, yaxud reaksiya verməyə təşviq edir. Müəyyən dərəcədə stress insana məqsədlərinə çatmağa, yaxud işini daha yaxşı görməyə, məsələn, imtahan vaxtı, iş müsahibəsində, idmanla bağlı tədbirdə daha uğurlu nəticə əldə etməyə kömək edə bilər.

Lakin stress uzun sürərsə, şiddətli və ya xroniki olarsa, insan orqanizminə zərər yetirə bilər. Orqanizm mütəmadi olaraq öz gücünü səfərbər edərsə, yaxud həmişə bu vəziyyətdə olarsa, bunun insana emosional, fiziki və əqli zərəri dəyə bilər. İnsanın davranışı, həmçinin başqaları ilə rəftarı dəyişə bilər.

Xroniki stresdən əziyyət çəkən insan vəziyyətə tab gətirmək üçün siqaret çəkmək, narkotikdən istifadə etmək və s. kimi zərərli vərdişlərə aludə ola bilər. Hətta depressiyaya qapıla bilər, insanda tükənmişlik sindromu, sui-qəsd barədə fikirlər yarana bilər.

Nə üçün stresi həyatından çıxarmalısan?
Stress səviyyəsi aşağı olan şəxslərdə düşüncə, davranış və duyğular üzərində yüksək kontrol qabiliyyəti görülür. Stress səviyyəsi yüksək olan şəxslərdə düşünmə zamanı beynin təhlükə mərkəzi adlandırılan amiqdalada aktivlik görülür.
Stress zamanı insan bədənində kortizol ifrazı artır. Yüksək kortizol beyin həcmində kiçilməsinə, beynin özünü kontrol etmə və diqqəti idarə edən prefrontal korteksdəki boz maddənin azalmasına, beynin görüntü işləmə mərkəzi olan oksipital lobdakı boz maddənin azalmasına səbəb olur.
Stress psixi pozğunluğa sahib olma riskini artırır. Yüksək stress səviyyəsi və bunun uzun müddət davam etməsi depressiya, təşviş (anxiety) və posttravmatik stress pozğunluğu ilə əlaqədar ola bilər.


Stress beyin hüceyrələrinin ölməsinə səbəb olur. Beynin hipokampus sahəsində yerləşən neyrinların itirilməsinə gətirib çıxarır. Hipokampus hafizə, duyğu və öyrənməni idarə etdiyi üçün bu sahədə neyronların itirilməsi yaddaşda problemlərə səbəb olur. Stress hormonlara, ürəyə və metabolizmə təsir edir. Kontrol altında alınmaya xroniki stress beynin quruluşu və funksiyalarında dəyişikliklərə səbəb olur.

 

Psixoloq Zöhrə İslamzadə
 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!