-870x653.png)
Şizotipal şəxsiyyət pozuntusu
Şizotipal şəxsiyyət pozuntusu olan insanlar ekssentrik şəxsiyyətə sahib olaraq müəyyən edilir. Sehrli düşüncələri, xurafatları və ya paranoid düşüncələri çox ciddi qəbul edə, insanlardan qaça bilərlər. Onlar həmçinin qəribə geyinə və ya qeyri-müəyyən nitqdə danışa bilərlər. Bu davranışlar onların yaxın əlaqələr qurmalarını və işdə və ya təhsildə uğur qazanmalarını çətinləşdirə bilər.
Onların davranışlarına aiddir:
1. Qəribə və qeyri adi şəkildə geyinmə, danışmaq və ya davranmaq.
2. Qəribə inanclara, sehirli düşüncələrə sahib olmaq. Məsələn həddindən artıq xurafatçı olmaq və ya fövqəltəbii gücə sahib olduğunu düşünmək.
3. Zehni telepatiya və ya digər xüsusi güclərə inanmaq
4. Qeyri adi qavrayışlar məsələn olmayan bir insanın varlığını hiss etmək və ya illuziyalara sahib olmaq
5. Qeyri-müəyyən və qəribə nitq
6. Tək olmaq, ailə xaricində yaxın dostların olmaması
7. Davamlı və həddindən artıq spsial narahatlıq
8. Şüphəli, paranoid düşüncələr və başqalarının sədaqətinə dair daimi şüphələr.
9. Emosiya çatışmazlığı və ya uyğun olmayan emosional reaksiyalar.
Ətraf mühit faktorları, xüsusilə uşaqlıq təcrübələri (travma, stress, zorakılıq və s.) bu pozuntunun inkişafında rol oynaya bilər.
Şizotipal şəxsiyyət pozuntusunun müalicəsi adətən psixoterapiya və dərmanların birləşməsini əhatə edir. Psixoterapiyaya sosial bacarıqlar haqqında psixo-təhsil, həmçinin şəxsə mənfi və ya təhrif olunmuş düşüncə nümunələrini müəyyən etməyə və onlara qarşı çıxmağa kömək edən üsullar daxil ola bilər. Ailə terapiyası həmçinin ailə üzvlərini pozuntu haqqında maarifləndirməyə, ünsiyyəti yaxşılaşdırmağa və fərd üçün narahatlığı artıran nümunələri həll etməyə kömək edə bilər.
Müəllif: Psixoloq Firuzə Qənizadə
Tags: şizotipal şəxsiyyət pozuntusu Psixoloq Firuzə Qənizadə Şəxsiyyət pozuntuları Psixologiya Humel psixologiya mərkəzi humel psixologiya merkezi psixologiya merkezi
Write a comment