Queen Bee( kraliça arı) sindromu
Nəyə görə qadınlar iş həyatlarında qadın rəhbərlərlə ünsiyyət problemi yaşayır? Yaşadıqları rəqabətin ağırlaşması və patoloji hala çevrilməsində əsas amillər nələrdir?
Aparılan tədqiqatlara əsasən qadın müdirlərin və ya menecerlərin qadın işçiləri üzərində stres yaratması faktı son vaxtlar çox rast gəlinir. Qadınların rəhbərlik etdiyi qadınlarda daha çox depressiya və stres yaşanır. Sindromun əsas simptomları, qadın rəhbərlərin ətrafında müvəffəqiyyətli qadın işçilərin var olmasını təhdid olaraq görmələridir.Onlardan üstün olmaq, daha çox digər işçilərin diqqət mərkəzində olmasını düşünmək rəhbərlər üçün dözülməzdir. Bu tip rəhbərlərdə həddindən artıq və digər insanları manipulyasiya edəcək dərəcədə rəqabət hissi özünü göstərir.
Əsas əlamətləri aşağıdakılardır:
- Daima başqa qadınlar haqqında pis danışmaq
- Aşağılayıcı tutumda olmaq
- Hər mövzuda fikir bildirərək diqqət mərkəzində olmağa çalışmaq
- Rəfiqələr arasında narahatlıq yaratmaq
- Manipulyasiya etməklə digər qadınların özdəyərlərini aşağı salmaq
- Nəzərə çarpacaq dərəcədə rəqabət aparmaq
Necə olur ki ,belə travmatik şəxsiyyətlər formalaşır?
Yaranma səbəbləri aşağıdakılardır:
1.Özgüvənin ciddi şəkildə aşağı olması;
2.Travmatik keçmiş(şəxs keçmişində ağır müqayisələrə məruz qalmış və rəqabət apararaq təqdir almışdır)
3.Özünəhörmət hissinin aşağı olması.
Ətrafınızda belə şəxslər varsa ,insan olaraq təsirinə məruz qalmamağınız tövsiyyə olunandır. İlk öncə hər zaman özünüzü doğru dəyərləndirməyə çalışın və sizlərə düşüncə vasitəsilə zorakılıq olunmasına icazə verməyin.
Bu problemin aradan qalxması o zaman mümkün olur ki, şəxs terapiya seanslarına öz istəyilə gəlir və dəyişmək üçün çaba göstərir. Aparılan seanslardan nəticə almaq mümkündür.
Psixoloq Aytəkin Məmmədova
Tags: psixologiya merkezi psixologiya mərkəzi queen bee kraliça arı sindromu sindromlar psixoloji problemlər
Write a comment