+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Qeyri-müəyyənlik qarşısında beynimiz necə reaksiya verir?

By Aişə Musayeva - 15 Nov 2025 147 0 comments
Qeyri-müəyyənlik qarşısında beynimiz necə reaksiya verir?

 

Qeyri-müəyyənlik hissi həyatımızda nə baş verəcəyini bilmədiyimiz, nəticəni əvvəlcədən proqnozlaşdıra bilmədiyimiz vəziyyətlərdə hiss etdiyimiz bir duyğudur. İnsan beyni təhlükəsizlik və nəzarət hissinə ehtiyac duyur. Buna görə də hadisələrin gedişatını bilmədikdə, beynimiz bu vəziyyəti “təhlükə” kimi qəbul edir. Bu təhlükə real olmasa da, sinir sistemimizi sanki real təhlükə varmış kimi eyni şəkildə hərəkətə gətirir.

 Bu zaman beynimizdə nə baş verir?

 

1.Proqnozlaşdırma sistemi (predictive brain) aktivləşir.

İnsan beyni qeyri-müəyyənlik hissini olduqca narahatedici və dözülməz qəbul edir. Bu zaman beyin yaranan diskomfortdan qurtulmaq üçün baş verə biləcək ehtimalları təxmin etməyə çalşır. Çünki beyin müsbət və ya mənfi olmağından asılı olmayaraq konkret bir cavab axtarır. 

Hətta neqativ bir cavab belə olsa beyin bu cavabı qeyri-müəyyənlik hissindən daha üstün tutur.

 

2.Nəzarətetmə istəyi artır.

Beyin baş verənlər üzərində nəzarəti itirməmək üçün bir sıra davranışlar sərgiləyir.

  •  Planlar qurmaq
  • Hər şeyi təkrar-təkrar yoxlamaq
  • Bir məsələ üzərində hədddindən çox düşünüb, bütün detalları analiz etmək

Bu davranışlar beynin qoruma mexanizmidir. Sanki, beyniniz sizə “ola biləcək ən pis ehtimala hazır ol, onda daha az zərər görərsən” deyir.

 

3.Amiqdala aktivləşir və stress hormanları ifraz olunur.

Qeyri-müəyyənlik hissi amiqdalanı aktivləşdirir. Bu zaman stress hormonları (kortizol) ifraz olunur. Beyin bu siqnalı “hazır ol” kimi qəbul edir, çünki nə ilə qarşılaşacağını bilməmək potensial təhlükə hesab olunur.

Ona görə də, bu kimi vəziyyətlərdə ürək döyüntüləri artır, diqqət dağılır və yuxu pozuntuları yaranır.

 

Nə edə bilərik?

 

Qeyri-müəyyənlik əslində həyatın özüdür. Qeyri-müəyyənliyi qəbul etmək passiv bir davranış deyil, şüurlu bir qəbullanmadır. Bu qəbullanma həyatımızda nəyə nəzarət edə biləcəyimizi və nəyə nəzarət edə bilməyəcəyimizi ayırd etməkdə çox önəmli rol oynayır. Bu bacarıq sayəsində insan enerjisini dəyişdirə biləcəyi sahələrə yönəldərək daha sağlam qərarlar verə bilər.

 

Psixoloq Aişə Musayeva

 

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!