Nə olacağı haqqında təxminimiz olmayanda mövcud problemlə necə mübarizə aparacağımızı da bilmirik və bu zaman yaranan qeyri-müəyyənlik hissi narahatlığın artmağına səbəb olur.
Bəs qeyri-müəyyənliklə necə yaşamaq olar?
1. Nəyi idarə edə biləcəyinizi müəyyənləşdirin.
Təşvişli insanlar qorxuducu nəticələrdən qaçmaq üçün hər zaman planlar qurarlar. Qeyri müəyyənlik zamanı isə nəyi planlayacağını bilməmək təşvişi artırır. Təşvişi azaltmağın əsas hissəsi idarə edə bildiyiniz-nəzarətinizdə olan amilləri tanımaq, onlara fokuslanmaq və nəzarətinizdən kənar olanları sərbəst buraxmaqdır.
2. Qeyri-müəyyənlik hissinə səbəb olan narahatlığınızı normallaşdırın.
Çünki bu kimi narahatlıqlarla hər kəs üzləşir, nə edəcəyini bilməmək hamının nə zamansa üzləşdiyi hal ola bilər. Sosial mediadakı şən, problemsiz, hər şeydən agah həyat təəssüf ki, reallıqla hər zaman üst-üstə düşmür. Buna görə qeyri-müəyyənliyə səbəb olan narahatlığınıza görə özünü qınamayın.
3.Duyğularınızı hiss etməyə çalışın.
Hələ qeyri müəyyənliyin ilk izləri görünəndə bu hissdən qaçmaq istənilsə də dayanıb bu narahat edən duyğunu dərindən hiss etmək hər zaman ən yaxşısıdır. Bu "Nəticənin nə olacağını bilmirəm və bu barədə indi edə biləcəyim heçnə yoxdur. Vaxtı gələndə əlimdən gələni edəcəyəm" deməyi öyrənməkdir. Duyğular nə qədər qorxuducu olsa da insan özünə onu hiss etmək üçün 30 saniyə belə versə, keçib getdiyini hiss edər. Narahatedici hisslərdən qaçmaq sizi yaxşı hiss etdirməz, əksinə bir müddət sonra başqa problemlərə səbəb olar.
4. Keçmişdəki qeyri-müəyyən zamanı xatırlayın.
Keçmişdə yaşadığınız qeyri-müəyyən zamanı və onun öhdəsindən necə gəldiyinizi xatırlamak kömək edər.
5. Professional dəstək alın.
Qeyri-müəyyənlik hissi həyatınıza ciddi şəkildə təsir edirsə gecikdirmədən professional dəstək alın.
Psixoloq Firuzə Qənizadə
Tags: psixolo firuzə qənizadə humel psixologiya merkezi psixologiya merkezi psixologiya mərkəzi düşüncə xetası yanlış fikirlər psixoloji problemlər
Write a comment