Psixosomatik ağrılar
Psixosomatik ağrılar- fiziki olaraq hiss etdiyimiz, lakin tibbi cəhətdən izahı olmayan ağrıları özündə əks etdirir. Zehni yorğunluğumuz bəzən özünü bədən ağrısı kimi göstərə bilir. Psixosomatik ağrıların kökündə çox vaxt stress(ən çox itki və ayrılıq) dayanır.
Sinə ağrısı, ürək döyüntüsü, nəfəs darlığı, mədə xəstəlikləri, ürəkbulanma, baş ağrısı və başgicəllənmə kimi ümumi simptomlar tez-tez psixosomatik ağrı ilə müşayiət olunur.
Aparılan elmi tədqiqatlarda ağrının fiziki səbəbləri ilə yanaşı psixoloji səbəbləri də araşdırılıb. Bu araşdırmada hansı psixoloji duyğuların hansı bölgələrə təsir etdiyi ortaya çıxıb. Buna görə:
1. Baş ağrısı - stress və rahatlaya bilməmək
2. Boyun ağrısı - bağışlaya bilməmək və kin
3. Çiyin ağrısı - emosional yük və günahkarlıq
4. Kürək ağrısı - emosional dəstək və sevginin olmaması
5. Bel ağrısı - maddi narahatlıqlar
6. Əl ağrısı- ünsiyyətsizlikdən və özünü ifadə edə bilməməkdən
7. Omba və dirsək ağrıları - dəyişimə müqavimətdən
8. Diz ağrıları- yüksək eqodan
9. Ayaq ağrıları(bud,baldır)- qısqanclıq və özünə şübhədən
10. ayaq ağrısı(pəncə)- bədbinlikdən və ümidsizlikdən qaynaqlanmaqdadır.
Sözlə ifadə edilə bilməyən sıxıntılar, kədərlər, incikliklər- özünü psixolojik ağrı şəklində göstərə bilir. Sizin də tibbi cəhətdən səbəbləri aydın ola bilməyən ağrılarınız varsa mütəxəssis psixoloqdan dəstək ala bilərsiniz.
Psixoloq Sevil Bağırova
Tags: Psixoloq Sevil Bağırova Ailə psixoloqu humel psixologiya merkezi psixologiya merkezi cütlük psixoloqu cütlük terapiyası psixoloji merkez psixologiya merkezi psixologiya mərkəzi humel psixologiya mərkəzi Psixosomatik ağrılar
Write a comment