+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Psixosomatik ağrı nədir?

By Rahidə Şahverdiyeva - 22 Aug 2023 1535 0 comments
Psixosomatik ağrı nədir?

Somatoform ağrı pozuntusu


Zaman-zaman hər kəsdə bel, kürək , baş, ayaq ağrıları kimi narahatlıqlar olur. Bunların bəzilərinin tibbi izahı var, bəzilərinin isə psixoloji vəziyyətimizdən qaynaqlanan tibbi izahı olmayan ağrılardır. Psixosomatik ağrılar fiziki olaraq hiss etdiyimiz, lakin tibbi ədəbiyyatda izahı olmayan xəstəliklərdir.


Zehni yorğunluğumuz bəzən özünü bədən ağrısı kimi göstərir. Əslində bəzən müxtəlif ağrılar hiss edib həkimə müraciət etdikdə həkim müayinələrdən sonra fiziki problemi göstərən heç bir əlamət tapmayınca psixoloji ola biləcəyini deyənə qədər nə qədər yorğun olduğumuzun fərqində də olmuruq.

Bəzən insan heç bir səbəb olmadan ağrı hiss edə bilər, bəzən ağrıya həddindən artıq və ya az reaksiya verə bilər və ya bəzən ağrıya səbəb olan fizioloji vəziyyət aradan qaldırılsa belə ağrı hiss olunmağa davam edə bilər. Bu növ ağrıya psixosomatik ağrı deyilir. Ağrı 6 aydan çox davam edərsə, buna xroniki ağrı fomasına keçir. Psixoloji ağrı müalicə olunmazsa, xroniki olur. Bu ağrılar bəzən bədənin müəyyən bir yerində ola bilər, bəzən də müxtəlif yerlərdə hiss oluna bilər. İnsan diqqətini ağrıya yönəldirsə, yəni özünü dinləsə, ağrı daha da şiddətlənir.

Yüzlərlə müayinə və müalicə nəticəsində ağrıya səbəb ola biləcək heç bir fiziki xəstəlik tapa bilməyən həkiminiz bunun psixoloji olduğunu deyərək sizə psixiatra getməyinizi söylədikdə, 'Bəs mən nə uydururam? Həkim nə qədər ağrılar çəkdiyimi başa düşmür” kimi düşünüb əsəbiləşə bilərsiniz. Əslində psixoloji ağrı o demək deyil ki, insan onu özündən yaradır və ya icad edir. Ağrının mənbəyi təkcə fiziki xəstəlik deyil, stresli həyat hadisələridir.


Stress və sıxıntının bəzən insanın fiziki xəstəlikdən daha çox ağrı hiss etməsinə səbəb ola bilər. Məsələn, gərginlik nəticəsində yüngül əzələ yırtığı səbəbiylə qol ağrısı olan bir xəstə bu ağrıdan narahatdır. Bu ağrıya daim diqqət yetirsə, ağrı daha şiddətli və uzunmüddətli olar.
Ümumiyyətlə, ağrı pozğunluğu daha çox həssas olan, dərdlərini, küskünlüklərini içinə atan, yaşadığı neqativ hallardan çıxa bilməyən fərdlərdə rast gəlinir.
Sinə ağrısı, ürək döyüntüsü, nəfəs darlığı, mədə xəstəlikləri, ürəkbulanma, baş ağrısı və başgicəllənmə kimi ümumi simptomlar tez-tez psixosomatik ağrı ilə müşayiət olunur. Bunlardan başqa, hiss olunan ağrının xüsusi növləri də var. Ümumiyyətlə, aşağıda sadalanan ağrılar cəmiyyətdə ən çox rast gəlinən ağrılardır.
 

• Qarın ağrısı: Stress, sıxıntı və kədər kimi duyğular mədə və bağırsaqlarımıza mənfi təsir göstərir. Əgər daha çox olduğumuz mühitdə özümüzü narahat hiss ediriksə, çox narahat olduğumuz bir hadisə başımıza gəlibsə, həzm sistemimiz reaksiya verəcək və mədəmiz ağrıyacaq. Qarın ağrısı uşaqlarda psixosomatik ağrıların ən çox yayılmış formasıdır. Məktəb və imtahan stressi, ailədaxili mübahisələr uşaqlarda qarın ağrısı kimi özünü göstərir.
 

• Baş ağrısı/miqren: Baş ağrıları və miqren adətən gün ərzində yaşadığımız stress nəticəsində yaranır. İşdəki problemlər, ailənizlə bağlı problemlər əzələlərinizin gərginləşməsinə səbəb olur, nəticədə baş ağrıları və miqren baş verir.

• Boyun və çiyin ağrıları: Bədənimizdə psixoloji olaraq eniş-yoxuş yaşadığımız ilk yer boyun və çiyin bölgəsidir.
 

• Qol və ayaq ağrıları: Yaşadığımız stress və ya gərginlik zamanı bəzən əzələlərimizi sıxaraq özümüzü sakitləşdirmək istəyirik ki, bu da qol və ayaqlarımızın ağrımasına səbəb olur.

Ağrınız nə qədər pis olsa da, yanlış müalicə onu daha da pisləşdirə bilər. Son illərdə artan psixiatrik müalicə variantları da ağrı pozuqluğu olan xəstələrə müsbət nəticələr verir və ağrısız, rahat və keyfiyyətli həyat təmin edə bilir. Psixoloji dəstək ilə ağrınızın fəaliyyətlərinizə, sosial həyatınıza və münasibətlərinizə mənfi təsirləri ilə daha asan mübarizə apara bilərsiniz. Ağrının müalicəsində ağrının psixoloji ölçüsü heç vaxt diqqətdən kənarda qalmamalı, genetik, fizioloji, mədəni, sosial və mənəvi cəhətləri ilə inteqrasiya olunmuş şəkildə düşünülməlidir. Psixoterapiya ağrıların müalicəsində təsirli olur. Koqnitiv-davranışçı terapiya ağrının müalicəsində ən çox istifadə edilən psixoterapiya üsuludur və uğurlu nəticələr verir.

 

Psixoloq Rahidə Şahverdiyeva

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!