+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Psixoseksual inkişaf

By Aytac Nağılı - 17 Jul 2023 1500 0 comments
Psixoseksual inkişaf

Psixoseksual inkişaf


İkişaf ömür boyu davam edən yaşla bağlı dəyişikliklər silsiləsidir. İnsanlar müəyyən sıra ilə fərqli mərhələlərdən keçirlər, hər bir mərhələ bir digərinin üstündə yerləşir. Hər mərhələdə əvvəlki mərhələdə yaratdığımız bacarıqlarımızı həyata keçiririk, inkişaf etdiririk. Zigmund Freyd, Lourens Kolberq, L.S.Vıqotski, Erik Erikson, Jan Piaje necə inkişaf etməyimizlə bağlı fərqli nəzəriyyələrin yaradıcılarıdır.


Freud psixoseksual inkişaf nəzəriyyəsinin banisidir. Psixoseksual inkişaf 5 mərhələdən ibarətdir. Freyd yetkin şəxsiyyətin formalaşmasında insan həyatının ilk 5 ilinin əhəmiyyətli olduğunu söyləyir. Freud həyatın gərginlik və zövq anlayışlarının əhatəsində qurulduğunu və yığılmış gərginliyin bir çox münaqişəyə səbəb ola biləcəyini deyir. Yığılmış gərginlik yaxud ilişib qalma libido anlayışından qaynaqlanır. Libido ağıl mexanizmlərinin təbii enerji qaynağıdır.
Libido və ilişib qalma bədənin fərqli hissələrində inkişafın fərqli mərhələlərində yerləşmişdir. Hər mərhələyə uyğun ilişib qalmış enerjinin yeri dəyişir. Oral mərhələ libido mərkəzinin yeri ağız, anal mərhələdə anus dəliyi, fallik mərhələdə genital bölgə, latent mərhələdə yoxdu, genital mərhələdə genital orqanlardır.


Oral dövr 0-1 yaş. Libido mərkəzi ağızdır. Oral mərhələdə ilişib qalma körpənin süddən kəsilməsi ilə olur. Sonrakı mərhələyə keçmək üçün körpə süd əmmək vərdişini tərk etməlidir.
Anal dövr 1-3 yaş. Libido mərkəzi anus ətrafı, sidik kisəsi və bağırsaqla bağlıdır. Tualet təlimi dövrüdür.
Fallik dövr 3-6 yaş. Libido mərkəzi genital bölgədir. Uşaqlar qız və oğlanlar arasındakı fərqi başa düşməyə başlayırlar. Edip (atanı qısqanma) və Elektra (ananı qısqanma) kompleksi. Bu mərhələdə ilişib qalma yetkinlik dövründə cinsi problemlərə səbəb olur.
Latent dövr 6-12 yaş. Libido mərkəzi yoxdur. Sosial münasibətlər və ünsiyyət bacarığı əsas inkişafdır. Xüsusi bir ilişib qalma halı yoxdur.
Genital dövr 12 yaş+. Cinsi istək yaranmağa başladığından libido mərkəzi genital oqanlardır. İnkişaf qarşı cinsə qarşı hiss olunan cinsi yetkinlikdir.
Bütün mərhələlər uğurlu şəkildə tamamlanarsa fərd psixi cəhətdən sağlamdır. İlişib qalma yoxdur.

 

Psixoloq Aytac Nağılı
 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!