+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Polyanna sindromu nədir?

By Humel - 1 Sep 2022 1309 0 comments
Polyanna sindromu nədir?

Polyanna sindromu

 Polyannalıq itirilən hər-hansı bir şey üçün kədərlənmək əvəzinə əlindəkilərlə yetinmə və xoşbəxt olma davranışıdır. Hadisələrdə mənfiləri gözardı edərək müsbət tərəflərini görməyə çalışırlar. Misal üçün avtomobilində problem yaramasına baxmayaraq, bu şəxslər düşünürlərki, piyada getmək sağlamlıq üçün xeyirdir.

Ümumilikdə, hadisələrə müsbət tərəfindən yanaşmaq hər nə qədər şəxsin öz ruh sağlamlığı üçün gözəl bir düşüncə tərzi olsa da, bununla yanaşı bəzi psixoloji nüansları nəzərə almaq lazımdır. Polyannalıq pis bir davranış deyil, lakin burada müdafiə mexanizmini qeyd edə bilərik ki, şəxs bütün hadisələrdə müsbət tərəfləri görməyə fokuslanaraq, kədərli hadisələri qəbul etmir, bunları basdırmağa çalışır və bu da şəxsin ruh sağlamlığı üçün artıq təhdid rolunu oynamağa başlayır.

 Polyannalığın digər bir mənfi cəhəti odur ki, bu sendrom zamanı insan reallığı görə bilmir və dünyanın yaxşı, özünün isə pis olduğunu düşünür.

 Polyanna sindromu daha çox valideynləri tərəfindən sevgi görməyən uşaqlarda rast gəlinir. Uşaq öz seçim və hərəkətlərində yalnız valideynlərinin istəklərini nəzərə alaraq valideyninin gözünə girmək istəyir. Nəticədə öz şəxsi istək və arzularını hiss etmək qabiliyyətini itirir.

 Şəxs hadisənin fərqində olarsa, kədərini gizlətməz və kədərlənər, bununla belə vəziyyəti analiz edib əngəllərdən qaçmaq əvəzinə bununla üzləşib həll etməyə çalışarsa, bu, yaşam standartı üçün daha məqbul sayılar. Eyni zamanda müsbət düşünmənin sağlamlıq üzərində təsiri vardır. Müsbət düşünən insanların mənfi düşünənlərə nisbətən daha sağlam və uzun ömürlü olduqları düşünülür.

 Həyat hər zaman ağ deyil və yaxud həyat hər zaman qara deyil. Əgər biz həyatı bir rəng ilə ifadə etməli olsaq, şübhəsiz ki, bu, ağ və qaranın harmoniyasından yaranan boz rəng olardı. Çünki həyat yaxşısıyla, pisiylə axıb gedən bir zamandır. Sənin hər gün, hər saniyən mükəmməl olacaq. Xeyr! Aha! Deməli, hər şey elə pis getməyə davam edəcək? Təbii ki, xeyr! Bütün bu olanlar sadəcə müəyyən bir zaman aralığında başına gələn hadisələrdir.

 Kədərli olduğunuzda bunu gizlətməyə, özünüzü məcbur yaxşı hiss etməyə çalışmayın. Hisslərinizi göz ardı edərək gizlicə böyüməsinə icazə verməyin.

 Sevinc kimi, xoşbəxtlik kimi kədər də, qorxu da, bu kimi digər mənfi hisslər də hər insana xas olan duyğulardır. Xoşbəxt olmaq istəyirsənsə hadisələrə real yanaşmağı öyrənməlisən.

 Həqiqi xoşbəxtliyə gedən yolda səni xoşbəxt edəcək hadisələr, insanlar vəzifələndirilməyib. Xoşbəxtliyə gedən yol səni xoşbəxt edənin SƏN olduğunu anlamaqdan, ən xırda şeylərdə də gözəllikləri görə bilməkdən keçir. Əsas olan problemləri şişirdilmiş vəziyyətdə görmək və ya  gözardı edib gizlətmək əvəzinə onunla üzləşib birdəfəlik ondan qurtulmaqdır.

Psixoloq Zöhrə İslamzadə
 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!