+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Piromaniya nədir?

By Humel - 6 May 2024 322 0 comments
Piromaniya nədir?

Piromaniya nədir?
Piromaniya, impuls nəzarət pozğunluğu kimi xarakterizə edilən qəsdən və könüllü olaraq yanğınlar törətməyi nəzərdə tutan psixoloji bir xəstəlikdir. Cəmiyyət arasında yanğın törətmə xəstəliyi kimi də tanınır. Pozuntu insanda ciddi və narahat edici yanğın törətmə istəyi yaradır. Bu xəstəlik zamanı şəxs yanğın törətməzdən əvvəl gərginlik, yanğın törətdikdən sonra isə həzz duyğusu yaşayır. Nəticəsindən asılı olmayaraq yanğın törətmə istəyini dayandıra bilmir. Piromaniyaya kişilərdə daha çox rast gəlinir. Adətə uşaqlıq dövründə başlayır və bu dövrdə müalicəyə daha yaxşı cavab verir. Məktəb dövründə isə dərsdən yayınma, evdən qaçma, antisosial davranış xüsusiyyətləri və heyvanlara qarşı zorakılıq halları ilə birlikdə görülə bilər. Bu pozuntunu müşayət edən digər problemlər aşağıdakılardır :


1. Cinsi problemlər
2. Alkoqol zəhərlənməsi
3. Orta intellekt səviyyəsi
4. Qəzəbi idarə edə bilməmək
5. Travmatik hadisələr


Piromaniyanın əlamətləri hansılardır?
Piromaniya fərddə bəzi simptomlara səbəb olur. Bu simptomlar aşağıdakılardır:
• Yanğın xəbərlərini həyacanla və heyranlıqla izləmək
• Ocaq yandırmaqdan və atəşi seyr etməkdən həzz alma
• Yanğınsöndürmə və yanğınla əlaqəli materiallara heyranlıq
• Yanğını planlaşmaq, yanğın törətməzdən əvvəl güclü gərginlik, yanğından sonra isə həzz duyğusu
• Yanğın nəticəsində dəyən zərəri nəzərə almamaq və bu vəziyyətdə özünü günahkar hiss etməmək
• Gələcəkdə yanğın törətməyə meylin artması


Piromaniyanın səbəbləri


Piromaniyaya səbəb olan amillər hələ də tam olaraq məlum deyil. Ancaq bu vəziyyət yeniyetməlik və ya uşaqlıq dövründə travmatik təcrübə nəticəsində də yarana bilər. Eyni zamanda neyrokimyəvi və genetik faktorların fərddə piromaniyanın inkişafına təsirli ola biləcəyi də düşünülür.


Piromaniya müalicə üsulları hansılardır?
Piromaniya keçirən insanlar tez-tez qəzəbi basdırırlar. Bu bastırılmış emosiya həddindən artıq qəzəbə səbəb olur və nəticədə yanğın törətmə davranışı yaranır. Bu vəziyyətin altında yatan travmatik hadisələr müəyyən edilərək travmaları aradan qaldırmaq üçün müxtəlif psixoterapiya üsulları tətbiq edilir. Koqnitiv davranış terapiyası ilə insanın özünüdərk etməsi təmin edilir və həyat bacarıqları inkişaf etdirilir. Müalicənin tətbiqi xəstənin həyat keyfiyyətini, şəxsiyyətlərarası münasibətləri və psixi vəziyyətini yaxşılaşdırır.

Psixoloq Aişə Musayeva
 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!