+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Paranoid şəxsiyyət pozuntusu (PŞP)

By Firuzə Qənizadə - 16 Jun 2022 1446 0 comments
Paranoid şəxsiyyət pozuntusu (PŞP)

Paranoid şəxsiyyət pozuntusu (PŞP) insanın düşüncə tərzinə, davranışına və gündəlik fəaliyyətinə mane olan inamsızlıq və şübhə ilə xarakterizə olunan şəxsiyyət pozuntusudur. PŞP olan bir şəxs başqalarına qarşı güvənsizlik hiss edə bilər, kiminsə onlara pis rəftar etməyə və ya aldatmağa çalışdığını göstərən əlamətlər üçün həmişə hazır-təhlükə gözləntisində ola bilər. İnancları nə qədər əsassız olsa da, başqalarının sədaqətini, dürüstlüyünü və ya etibarını təkrar-təkrar şübhə altına ala bilərlər. Təqib olunduqlarını, rədd edildiklərini və ya diqqətdən kənarda qaldıqlarını hiss etdikdə, çox güman ki, qəzəbli davranışlarla və ya günahı başqalarının üzərinə atmaqla cavab verəcəklər.

 Paranoid şəxsiyyət pozuntusu çox vaxt erkən yetkinlik dövründə görünür və qadınlara nisbətən kişilərdə daha çox olur. Tədqiqatlar göstərir ki, bu, daha çox ailədə şizofreniya tarixi olanlarda daha çox rast gəlinir. Paranoid şəxsiyyət pozğunluğu olan bir şəxs yersiz şübhələrini qeyri-adi və ya əsassız görmür. Daha doğrusu, bunu ətrafdakıların pis niyyətlərindən və aldadıcı, etibarsız fəaliyyətlərindən qorunmaq kimi görürlər.

Paranoid şəxsiyyət pozuntusunun əlamətlərinə bunlar daxildir

  • Başqalarının onları istismar etməyə, zərər verməyə və ya aldatmağa çalışdığından heç bir əsas olmadan şübhələnmək
  • Ailənin, dostların və tanışların sədaqətsiz və ya etibarsız olması ilə bağlı təkrarlanan düşüncələr
  • Bölüşdükləri hər hansı bir məlumatın onlara qarşı istifadə olunacağından qorxaraq insanlara güvənməkdən imtina etmək. Bu isə çox vaxt özünü təcrid etmməklə nəticəlnir
  • Dəfələrlə heç bir əsası olmadan, partnyorunun və ya həyat yoldaşının xəyanətindən şübhələnirlər
  • Tənqidlərə və ya xırdalıqlara həddindən artıq həssas olmaq, tez mühakimə yürütmək və kin saxlamaq
  • Məsum jestlərdə, hadisələrdə və ya söhbətlərdə gizli, zərərli mənalar axtarmaq


 Müalicə paranoid şəxsiyyət pozğunluğu olan birinə simptomları idarə etməyə və gündəlik fəaliyyətini yaxşılaşdırmağa kömək edə bilər. Ancaq pozuntunun təbiətinə görə, PŞP olan insanların əksəriyyəti kömək istəmir. Onlara gəldikdə, onların qorxuları haqlıdır və onların düşüncə tərzini dəyişdirmək cəhdləri yalnız insanların hansısa şəkildə “onları ələ keçirmə” şübhələrini təsdiqləyir.

 Ancaq PŞP olan yaxınlarınızı kömək istəməyə, müalicəsini dəstəkləməyə və öz psixi sağlamlığınızı və rifahınızı qorumaq üçün sərhədlər yaratmağa təşviq edə bilərsiniz.


Paranoid şəxsiyyət pozuntusunun müalicəsi əsasən psixoterapiyaya yönəldilir. Terapiya həmin insanda empatiya və inam yaratmaq, ünsiyyət və münasibətləri yaxşılaşdırmaq və PŞP simptomları ilə daha yaxşı mübarizə aparmaq üçün bacarıqlar inkişaf etdirməyə kömək edir.

 

Psixoloq Firuzə Qənizadə

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!