+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Panik atak və Təşviş

By Humel - 14 Sep 2022 981 0 comments
Panik atak və Təşviş

Təşviş və qorxu terminlərindən həyatda insanların üzləşdiyi qorxulu və təhlükəli vəziyyətlərdə orqanizmin verdiyi psixi və fizioloji reaksiyaları təsvir etmək üçün istifadə edilir. Bəzi hallarda, məsələn auditoriya qarşısında çıxış edərkən, imtahan verərkən və s. təşviş normal hal hesab olunur. Təşvişin əlamətlərini somatik və psixoloji simptomlar olmaqla qruplaşdıra bilərik.

Somatik simptomlara aşağıdakıları misal göstərə bilərik:

  • Tənginəfəslik, nəfəs darlığı
  • Tərləmə
  • Ürək döyüntülərinin artması
  • Döş qəfəsində ağrı hissi
  • Qarın nahiyədə diskomfort
  • Titrəmə
  • Bədən hərarətinin yüksəlməsi
  • Ağızda quruluq hissi və s.


Psixoloji simptomlara aşağıdakılar aid edilir:

  • Ümumi narahatlıq
  •  Həssaslıq
  • Diqqətin cəmlənməsində çətinlik
  • Ölüm qorxusu
  • Dəli olmaq qorxusu
  • Bədən üzərində hakimiyyəti itirmək qorxusu
  • Reallığın itirilməsi və s.


Qorxu ilə təşviş sıx əlaqəli amillərdir. Qorxu hazırki situasiyada real təhlükəyə qarşı formalaşan reaksiyadır. Təşviş isə indiki zamanda real təhlükə olmasa belə keçirilən həyəcan, narahatlıq vəziyyətidir. Sağlam insanlara nəzərən nəsil ağacında bu xəstəliyin olması şəxsin təşviş pozuntusundan əziyyət çəkmə ehtimalını artırır.
Təşviş pozuntusuna səbəb olan bəzi risk faktorları vardır. Genetik meyillilik, şəkərli diabet, alkol, bəzi dərman preparatları, beyin şişləri, qalxanabənzər vəz xəstəlikləri və s. bioloji faktorlardır. Düzgün olmayan gündəlik rejim, həddindən artıq gərginlik, arzu olunmaz həyat, psixi travma, işsizlik, iqtisadi böhran və s. digər faktorlara misaldır.
Təşviş pozuntusunun başlaması yeniyetmə və gənc yaşlarında daha çox rast gəlinəndir.

Panik ataklar intensiv qorxu və ya narahatlığın ayrıca epizodu hesab edilir. Simptomlar qrupuna sürətli və eyni zamanda təzahür etməsi ilə xarakterizə olunur.
 

Panik atak simptomları:
- Ürək döyüntülərinin artması
- Tərləmə
- Tremor (qeyri-ixtiyari ritmik hərəkətlər)
- Parasteziyalar
- Ağlın itirilməsi qorxusu
- Ölüm qorxusu
- Bədənə nəzarətin itirilməsi qorxusi və s.


Bir neçə dəfə panik ataklar konkret situasiyadan və ya stimuldan qaynaqlanmır və qəfil meydana çıxır. Daha sonra onun təkrarlanması və ya neqativ nəticələrinin olması düşüncəsinə görə narahatlıq başlayır.
Əgər simptomlar hər hansı somatik xəstəliyin, proaktiv dərman preparatlarının mərkəzi sinir sisteminə təsiri və s. ilə əlaqəli deyilsə, o zaman panik atak olma ehtimalı yüksəkdir.
Adətən şəxslər xəstəliyin yüngül və orta vəziyyətində yardım üçün müraciət etmirlər. Simptomlar tez-tez rast gəlindikdə, vəziyyət xronikləşdiyi halda müraciət edilir, lakin xronikləşməsini gözləmədən müraciət edilsə, müalicə daha effektli və uğurlu alınar.


Psixoloq Zöhrə İslamzadə
 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!