
Panik atak – qəfil başlayan güclü qorxu və narahatlıq halıdır. Bu vəziyyət adətən heç bir real təhlükə olmadığı halda ortaya çıxır, amma insan sanki çox böyük bir təhlükə içindəymiş kimi hiss edir. Panik atak zamanı bədən “təhlükə var” siqnalı verir və buna görə də müxtəlif fiziki reaksiyalar yaranır.
Ən çox rast gəlinən simptomlar:
• Ürək döyüntüsünün sürətlənməsi
• Nəfəs darlığı və ya boğulma hissi
• Başgicəllənmə
• Sinə ağrısı
• “Ölürəm” və ya “dəli oluram” düşüncələri
• Reallıqdan qopma hissi (derealizasiya)
Panik ataklar təhlükəli deyil, lakin yaşandığı anda çox qorxuducu hiss oluna bilər.
Panik atak niyə olur?
Panik atak adətən stress, yorğunluq, daxili gərginlik və ya uzun müddət yığılan narahatlıqlarla bağlı olur. Bəzən isə heç bir səbəb olmadan da başlaya bilər. Beyin səhvən “təhlükə var” siqnalı verir və bədən buna reaksiya verir.
Panik atak zamanı nə etmək olar?
1. Nəfəsinizə diqqət edin
Yavaş-yavaş nəfəs alın, 4 saniyə alın → 4 saniyə saxlayın → 6 saniyə verin
2. Özünüzə xatırladın
“Bu panik atakdır, keçəcək. Mən təhlükədə deyiləm.”
3. Ətrafınıza fokuslanın
Ətrafınızda gördüyünüz 5 şeyi sayın, eşitdiyiniz 3 səsi dinləyin.
4. Qaçmağa çalışmayın
Panik atakdan qaçmaq onu daha da gücləndirə bilər.
Nə zaman kömək almaq lazımdır?
Əgər panik ataklar tez-tez təkrarlanırsa, gündəlik həyatınıza təsir edirsə və ya getdikcə artırsa, psixoloq dəstəyi almaq faydalı olar.
Psixoloq Aydan Məmmədova
Tags: Panik atak Panik atak nədir panik atak simptomları panik atak səbəbləri panik atak zamanı nə etməli panik atak müalicəsi anksiyete stress qorxu psixologiya psixoloji sağlamlıq terapiya psixoloq məsləhəti Humel Psixologiya Mərkəzi Klinik Psixoloq korporativ psixoloji xidmət Psixoloq Aydan Məmmədova

Write a comment