+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Panik atak

By Humel - 26 Jul 2022 665 0 comments
Panik atak

PANİK ATAK


Panik atak çox vaxt xəbərdarlıq etmədən və heç bir səbəb olmadan, narahatlıq və qorxu ilə qəflətən başlayan ağır təşviş və həyəcan halıdır. Panik atak intensiv qorxu və ya narahatlığın ayrıca epizodu hesab edilir və spesifik simptomlar qrupunun sürətli və eyni zamanda təzahür etməsilə xarakterizə olunur.

Bu simptomlara aid edilir:

  • Ürəkdöyünmə və ya ürək vurğularının sayının artması
  • TərləməTremor (titrəmə)
  • Tənəffüs çatışmazlığı hissiyyatı
  • Təngnəfəslik
  • Döş qəfəsində ağrı
  • Ürəkbulanma və ya mədə diskomfortu
  • Başgicəllənmə
  • Titrəmə və ya istilik tutmaları
  • Parasteziya
  • Depersonalizasiya və ya derealizasiya
  • Nəzarətin itirilməsi və ya ağlını itirmək qorxusu
  • Qəflətən ölüm qorxusu

Ən azı bir neçə panik atak gözlənilmədən yaranır, yəni onlar konkret stimul və ya situasiya ilə məhdudlaşmır və daha çox qəflətən meydana gəlir.
Panik atakdan sonra onun təkrarlanacağına (məsələn, bir neçə həftə ərzində) və ya neqativ səbəbinə (məsələn, miokard infarktının təzahürü ola bilər) dair daimi narahatlıq başlayır yaxud onların təkrarlanmasına yol verməmək üçün yayınma davranışı (məsələn, yalnız etibar etdiyi adamla evdən çıxır) qeydə alınır.

Panik ataklar digər psixi pozuntular çərçivəsində yaranan situasiyalarla məhdudlaşmır. Simptomlar somatik xəstəliyin (məsələn, feoxromositoma) əlaməti deyildir və kəsilmə sindromu da daxil olmaqla (məsələn, spirtli içki, benzodiazepin) psixoaktiv maddələr və ya dərmanların (məsələn, kofe, kokain) MSS-nə birbaşa təsirilə bağlı deyildir. Pozuntunun xarakter əlaməti, konkret olaraq hər hansı xüsusi situasiya ilə və ya şərait kompleksi ilə məhdudlaşmayan, buna görə də qabaqcadan deyilə bilməyən residivləşən kəskin ifadə olunmuş həyəcan (vəlvələ) tutmalarıdır.

Digər təşviş pozuntularında olduğu kimi, əsas simptomatikaya, qəflətən meydana çıxan ürək döyünmə, döş sümüyü arxasında ağrı, boğulma, ürəkbulanma hissiyatı, qeyri– reallıq hissi (depersonalizasiya və ya derealizasiya) daxildir. Bundan əlavə, ikincili, olaraq tez – tez ölümdən, özü üzərində kontrolu itirməkdən və ya dəli olmaqdan qorxu müşahidə olunur. Əgər pasientdə panik atakın əvvəlində depressiv pozuntu vardırsa, panik pozuntu əsas diaqnoz kimi istifadə edilə bilməz. Bu halda panik atak, depressiyaya nəzərən ikincilidir. Panik atakda ataklardan ən az birindən sonra aşağıdakılardan biri yada hər ikisi 1 ay müddətlə olur:

  1.  Başqa panik ataklarının olacağı yada bunların mümkün nəticələri ilə bağlı davamlı bir təşviş yada narahatlıq
  2.  Ataklarla bağlı olaraq uyğunlaşma pozuntusu ilə gedən davranış dəyişiklikləri göstərmə Panik pozuntunun bir maddənin yada başqa bir sağlamlıq vəziyyətinin fiziologiyasıyla bağlı təsirləri ilə əlaqəsi yoxdu.                                                                                                            

Panik atak, heç bir real təhlükə və ya görünən səbəb olmasa da, şiddətli fiziki simptomlarla özünü göstərən güclü qorxu, təşviş atakıdır. Panik atak anı çox
qorxulu olur, insan infarkt keçirdiyini və ya öləcəyini düşünə bilir. Bir çox insan həyatı boyu bir və ya iki dəfə panik atak keçirir. Ancaq panik ataklar davamlı olaraq təkrarlanırsa, panik pozuntusundan bəhs edilir. Panik pozuntu və panik atak psixiatriyada ən çox rast gəlinən problemlərdəndir. Panik pozuntu təkrarlanan və
gözlənilməz panik ataklarla xarakterizə olunur. Psixi pozuntular üçün diaqnostik və statistik təlimata (DSM) uyğun olaraq, birdən başlayan və dəqiqələr ərzində pik həddə çatan güclü qorxu və narahatlıq hissi kimi müəyyən edilir.
Panik atak xəstələrində əsas müalicə yanaşmasında həm psixoterapiya, həm də farmakoloji (dərman) müalicə üsullarından istifadə edilir. Koqnitiv davranış terapiyası (CBT) psixoloji müdaxilələrin başındadır.


Xəstənin panik ataklarının üstəsindən gələ bilməsi üçün öncə təşviş və panik simptomlarının üzərində fokuslanması gərəkir. Buna görə də başlanğıcda təşviş, qorxu və panikasında bir artma ola bilər. Ancaq səbrli olmaq lazımdır zamanla simptomlar yatışacaq . Panik atakı olan insanların ailələri bir müddət sonra onlara
ayaq uydurur. Belə ki, bu şəxslərin ailələri artıq yemək yemək üçün restorana kafeyə getməməyə başlayırlar, birlikdə getdikləri yerlərdə çıxışa yaxın oturmağa başlaya bilirlər, çox insan olan mühitdən uzaq dururlar,hər zaman onla əlaqə saxlana bilinsin deyə telefon davamlı yanlarında olur, davamlı olaraq o insanın yanında olmaq istəyə bilirlər və.s. dolayısıyla həmin insanın narahatlığı, həyəcanı ətrafındakı insanları, ailələrini də əhatə etmiş olur.


Panikin yaxşılaşmasınin addım-addım olacağını qəbul etmək lazımdır. İlk öncə hərşeydən əvvəl doğru məqsədlər təyin olunmalıdır. Bunlar təyin olunarkən bəlirsiz məqsədlərdən çox , çərşivəsi, sərhədi bəlirli spesifik məqsədlər üzərində durmaq önəmlidir. Sabah duranda özünü yaxşı hiss etmək; Çölə çıxanda daha az narahat olmaq; duyğularını idarə etmək və.s bu kimi məqsədlər bəlirsiz məqsədlərdir. Böyük bir alışveriş mərkəzinə maşınla gedəbilmək; mətbəx alışverişini təkbaşına edəbilmək; dostlarıyla futbol oynaya bilmək və.s kimi məqsədlər isə daha aydın, konkret, bəlirli məqsədlərdən.Buna görə də, Panik
atakdan əziyyət çəkən insanlar ilk öncə əldə etmək istədikləri konkret məqsədlər üzərində düşünməlidirlər.

Psixoloq Ülkər Bağırzadə

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!