+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Özünü qiymətləndirmə nədir?

By Rahidə Şahverdiyeva - 16 May 2023 3724 0 comments
Özünü qiymətləndirmə nədir?

Özünü qiymətləndirmə nədir?


İnsan təkcə bioloji deyil eyni zamanda sosial varlıqdır. Buna görə də hər bir insanın sosial münasibətlərə və mühitə tələbatı var. İnsan doğulduğu andan etibarən içində olduğu cəmiyyətin normalarını mənimsəməyə başlayır, bəzən normalarla razılaşır, bəzən onların doğru olub olmadığını sorğulayır. Hər bir halda isə sağlam insan bu normalara bacardığı qədər uyğunlaşmağa çalışır. Cəmiyyət normaları ilə yanaşı insan eyni zamanda öz mənliyini də öyrənməyə və başa düşmüəyə başlayır. Öz mənliyini, hisslərini, düşüncələrini və şəxsiyyətini öyrəndikcə onu normalara uyğunlaşdırır. Hər bir insan özünü normalara uyğun gəlməsinə görə şəxsiyyət kimi qiymətləndirir. Öz davranışlarını, düşüncə və hisslərini məhz bu konteksdən şərh edir. Insanın davranışları uşaq yaşlarından ailəsi tərəfindən normalara uyğun nizamlanır. İnsan yaşadığı, mədəniyyətini mənimsədiyi cəmiyyətə uyğun davranırsa bu davranışlar cəmiyyət tərəfindən müsbət qiymətləndirilir. Məhz özünü qiymətləndirmə də ilk öncə ətrafın bizi necə qiymətləndirməsi ilə formalaşır.


Özünü qiymətləndirmə prosesinin strukturu
Özünü qiymətləndirmə prosesi koqnitiv və emosional olmaqla iki hissədən ibarətdir. Koqnitiv qiymətləndirmə insanın öz bilik, bacarıq, isdedad, davranış və digər keyfiyyətlərinin real səviyyəsini ideal səviyyə ilə müqayisə etməsidir. Emosional qiymətləndirmə isə insanın özünə verdiyi dəyər, özünü qəbul etmə, özünə sevgi, hörmət və s. kimi emosional münasibətlərdən ibarətdir. Bu bölgü şərti xarakter daşıyır və gündəlik həyatda insanın özünə verdiyi qiymət bu komponentlərin hər ikisinin qarışığından ibarətdir.


Adekvat və qeyri-adekvat özünü qiymətləndirmə
İnsan öz bacarıq və qabiliyyətlərini düzgün şəkildə qiymətləndirməsi ilk öncə onun ailə mühitində formalaşır. Valideynlərin tərbiyə üçün istifadə etdikləri vasitələr, övladlarının səhvlərinə və uğurlarına münasibəti bu prosesin əsasını qoyur. Gələcəkdə şəxsiyyət kimi formlaşan uşaq öz davranışlarına qarşı məhz ailəsinin verdiyi formada reaksiya göstərir. Məsələn, valideyn uşağının uğurlarını lazımi səviyyədə qiymətləndirmədikdə gələcəkdə həmin insan öz nailiyyətlərini düzgün qiymətləndirə bilmir.

Adekvat özünü qiymətləndirmə insanın öz bacarıq və qabiliyyətlərinin real imkanlarını düzgün qiymətləndirdiyi zaman formalaşır. Adekvat özünü qiymətləndirməyə sahib insan öz potensialına uyğun qarşısına məqsələr qoyur. Bu zaman uğursuz belə olsa bu prosesə təcrübə kimi yanaşmağı bacarır. Eyni zamanda yaşadığı uğursuzluqlar onun özünə olan hörmətinə və sevgisinə demək olar ki, zərər vurmur. Qeyri-adekvat özünü qiymətləndirmə isə yüksək və aşağı ola bilər. Qeyri-adekvat yüksək özünü qiymətləndirmə zamanı insan öz potensialını olduğundan artıq formada qəbul edir. Buna görə də qarşısına çata bilməyəcək qədər yüksək məqsədlər qoyur. Bu cür özünü qiymətləndirən şəxslər uğursuzluq zamanı böyük ruh düşgünlüyü yaşayırlar. Eyni zamanda yaşadıqları uğursuzluqlar onların özünə olan hörmət və sevgisinə də xələl yetirir.

 

Qeyri-adekvat yüksək özünü qiymətləndirmə əsasən tərbiyə zamanı mükafatlandırmadan düzgün istifadə olunmadıqda formlaşır. Qeyri-adekvat aşağı özünü qiymətləndirmə isə əksinə əsasən cəzalandırılma üsulu ilə tərbiyə olunmuş uşaqlarda yaranır. Onlar öz həqiqi potensiallarını layiqincə qiymətləndirməyi bacarmadıqları üçün hətta öz bacarıqlarının çatacağı işləri belə yerinə yetirməkdən imtina edirlər. Qeyri-adekvat aşağı özünü qiymətləndirməyə sahib insanlarda sosial fobiya, həyəcan-təşviş pozuntularına daha çox rast gəlinir.

 

Psixoloq Rahidə Şahverdiyeva
 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!