+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Özünə Sevgi nədir?

By Sevil Bağırova - 3 Jul 2023 1588 0 comments
Özünə Sevgi nədir?

Özünə Sevgi nədir?


Özünü bütün hallarda tamamilə qəbul etmək, özünə qarşı mehriban olmaq, özünə hörmətlə yanaşmaq, həm inkişafına, həm də fərdi rifahına qarşı həssas yanaşmaq deməkdir. Bundan başqa, özünü sevmək; həm də insanın özü haqqında hissləri və düşüncələri ilə birbaşa bağlıdır.
Özünü sevmə anlayışını dərindən araşdırdığımızda; biz özümüz üçün etdiklərimizi, özümüzlə qurduğumuz ünsiyyəti, özümüzlə bağlı hisslərimizi tapa bilərik.
Uşaqlıq dönəmində ehtiyaclarına (fiziki, duyğusal) laqeyd yanaşılmış, sevgi ehtiyacı cavabsız qalmış şəxslər gələcək həyatlarında özlərinə sevgi göstərməkdə çətinlik yaşaya bilərlər.


Bəs özünü sevmək necə olur?

 

  • Öz ehtiyaclarına qarşı həssas yanaşaraq ( fiziki ve duygusal)
  •  Pis vəziyyətlərdə özünü bağışlamağı bacara bilərək
  •  Başqalarına səndən sui-istifadə etmək hüququnu tanımayaraq, başqaları tərəfindən sui-istifadə edilmək ehtimalının önünə keçərək
  •  Öz sağlamlığını və rifahını üstün tutmağı bacararaq
  •  Dəstəkləyici və konstruktiv insanlarla vaxt keçirərək, əksini edən insanlardan uzaq qalaraq
  •  Lazım olduğu hallarda kömək istəyərək
  •  İnsanın irəliləməsinə maneə yarada biləcək qəzəb kimi duyğulardan əl çəkərək
  •  Özünə qarşı müsbət ünsiyyət dili inkişaf etdirərək
  •  İnkişaf etdirdiyin dəyərlərinə sadiq qalaraq
  •  Özün üçün ən sağlam qərarlar qəbul edərək
  • Güclü cəhətlərini xatırlayaraq
  •  Duyğularını dəyərləndirib, ifadə edərək
  •  Özün haqqında real gözləntilərə sahib olaraq
  •  Mənfilərini qəbul etməyi bacararaq
  • Özünü mükafatlandırmağı unutmayaraq
  •  Maraq və məqsədlərinin arxasınca gedərək
  • Öz məsuliyyətinin fərqində olaraq

 

Psixoloq Sevil Bağırova

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!