+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Özgüvən əkskliyi

By Sevil Bağırova - 26 Apr 2023 1861 0 comments
Özgüvən əkskliyi

Özgüvən əksikliyi nədir?
Özgüvəni - tənqidə açıq olmaq, özünü ifadə etmək, qabiliyyətlərinə real və müsbət prizmadan baxaraq emosional yetkinlik adlandırmaq olar. Özünə inamı olmayanda insan passiv vəziyyətdə olur. İtaətkar, özündən və hərəkətlərindən şübhələnir, aşağılıq hissi onun davranışlarında özünü göstərir.


Özünə inamsızlığın səbəbləri nələrdir?
Özünə inamsızlığın səbəblərinə uşaqlıq dövründəki ailə münasibətləri misal ola bilər. Ailənin həddindən artıq tələbkar və ya himayədar olması, valideynləri itirməsi, valideynlərin boşanması bu amillərdəndir. Bundan əlavə, mənfi həyat təcrübələri və uğursuzluqlar da özünə inamsızlığa səbəb ola bilər.


Özünə inamsızlığın əlamətləri hansılardır?
Özünə inamsızlığın əlamətləri arasında fiziki, sosial və zehni güvənsizlik, özünü qeyri-kafi, uğursuz və dəyərsiz hiss etmək, qərar verməkdən və məsuliyyəti öz üzərinə götürməkdən çəkinmək, başqalarına yox deyə bilməmək daxildir.


Özünə inamı olmayan insanlar daha həssas və kövrək davranışlar sərgiləyirlər:

  •  Özünə qarşı güvənsiz hiss edər.
  •  Danışmaqda çətinlik yaşaya bilər.
  •  Sosial mühitə qarşı laqeydlik hiss edə bilər.
  •  O, hadisələrə mənfi tərəfdən baxaraq bədbin hiss edə bilər.
  •  Düzənsiz və tamamilə pozulmuş yuxu rejimi ola bilər.
  •  O, introvert əhval-ruhiyyədə ola bilər.
  •  Daim stresli və depressiv əhval-ruhiyyədə ola bilər.
  •  Başqaları tərəfindən izlənildiyini düşünə bilər.
  •  Davamlı olaraq xoşbəxt olmadığını düşünə bilər.


Özünə inamı artırmağın bəzi yolları:

  •  Realist olun
  •  Uğurlarınıza diqqət yetirin
  •  Kənar şərtlərə deyil, özünüzə baxın
  •  Həyatınızın fəal iştirakçısı olun
  •  Müsbət fikirlərə diqqət yetirin
  •  Sahib olduqlarınız üçün təşəkkür edin
  •  Sağlamlığınıza qayğı ilə yanaşın
  • Meditasiya edin


Müsbət özünə hörmət təcrübə və əzm tələb edir. Yuxarıdakı üsullardan bəzilərini gündəlik olaraq istifadə etməklə özünüzdən və ümumiyyətlə həyatdan daha dərin məmnunluq hissi keçirə bilərsiniz.



 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!